Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Dini qurumlarla iş müasir və elmi yanaşma tələb edir [YENİLƏNİB] VİDEO

Dini qurumlarla işin təşkilatçılarının seminar-müşavirəsində bu sahədə fəaliyyətin müasir dövrün çağırışlarına uyğunlaşdırılması və peşəkar səviyyədə təşkili ilə bağlı aktual məsələlər müzakirə olunur

Bakı, 12 fevral, AZƏRTAC

Fevralın 12-də Bakıda ölkəmizin şəhər, rayon icra hakimiyyəti başçısı aparatlarının ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavinləri-dini qurumlarla işin təşkilatçılarının seminar-müşavirəsi işə başlayıb.

AZƏRTAC xəbər verir ki, seminar-müşavirənin açılışında çıxış edən Prezident Administrasiyası rəhbərinin müavini, regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev tədbirin məqsədindən söhbət açıb. Qeyd olunub ki, iki gün davam edəcək seminar-müşavirədə şəhər və rayonlarda dini qurumlarla işin təşkili ilə məşğul olan şəxslərə zəruri məlumatlar veriləcək, bu fəaliyyətin peşəkar səviyyədə təşkilinə dair müzakirələr aparılacaq. İştirakçılar qarşısında bilavasitə bu sahə ilə məşğul olan mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri, alimlər çıxış edəcəklər.

Zeynal Nağdəliyev deyib: “Bilirsiniz ki, bu gün dünyada gedən proseslərin, baş verən hadisələrin nəticəsində sosial-iqtisadi böhran yaşanır. Hazırda dünyanın dini liderləri də bir araya gələrək bu konfliktlərdən çıxış yollarını axtarırlar. Bu problemlərin kökündə elə müxtəlif dinlərə olan münasibət dayanır. Azərbaycanda da bunun müəyyən təsirləri görünməkdədir. Biz xeyli müddətdir bu radikal dini cərəyanlara qarşı mübarizə işini əsaslı şəkildə qurmağa çalışırıq. Xalqımızın dininə, mədəniyyətinə, əxlaqına yad olan bu xarici təsirlər insanlarımızı narahat edir. Ona görə də dövlətimizin başçısı tapşırıq verib ki, bu məsələ ilə yerlərdə icra hakimiyyətlərində xüsusi qurum məşğul olsun. Hesab edirik ki, siz dövlətin din siyasətinin həyata keçirilməsində düzgün iş qura biləcəksiniz. Düşünürəm ki, bu seminar-müşavirədə əldə edəcəkləriniz biliklər, məlumatlar sizə işinizdə yardımçı olacaqdır”.

Şöbə müdiri xatırladıb ki, Prezident İlham Əliyevin məmurlara ən başlıca tapşırığı onların xalqa xidmət etməsi ilə bağlıdır. Bütün dövlət məmurları xalqın xidmətçiləridirlər. Bunun üçün məmurlar insanları narahat edən məsələləri bilməli, sosial problemləri müəyyən etməlidirlər. Məmurlar işlərini bunun əsasında qurmalıdırlar.

Prezident Administrasiyasının rəsmisi qeyd edib ki, dini mərasimlər zamanı insanlar bəzən həddən artıq ifrata varırlar. Bu, adətən cahillikdən, dini savadsızlıqdan irəli gəlir. Biz elə bir biliyə malik olmalıyıq ki, belə insanlarla söhbət zamanı onları inandıra bilək. Xüsusən yerlərdə bu işlərlə məşğul olan şəxslər insanlara təsir edə biləcək bilgilərə malik olmalıdırlar. İcra hakimiyyətində işləyən vəzifəli şəxslər öz bilik və savadı ilə nümunə olmalı, ətrafdakılara düzgün fikir aşılamağı bacarmalıdırlar.

Dinin cəmiyyət üçün çox həssas məsələ olduğunu vurğulayan Z.Nağdəliyev qeyd edib ki, bu məsələyə elmi yanaşma tələb olunur. Azərbaycanda din siyasətinin əsasında ulu öndər Heydər Əliyevin ideyalarının dayandığını deyən Prezident Administrasiyasının rəsmisi onu da bildirib ki, ölkəmizdə dinə, adət-ənənələrimizə hər zaman hörmətlə yanaşılıb. Dünyada dini abidələrin dağıldığı bir zamanda Azərbaycanda, əksinə, dini məbədlər bərpa olunur, yeniləri tikilir və bu, bütün dünyaya ölkəmizin dinə tolerant münasibətini nümayiş etdirir.

Sonra müşavirədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Azərbaycan Respublikasında dövlət-din münasibətləri və əsas istiqamətlər” mövzusunda çıxış edib.

Rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında qısa məlumat verən M.Qurbanlı bildirib ki, ölkəmizdə dövlət din münasibətləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tənzimləyir. Komitənin 15 bölgə üzrə şöbələri var. Bütün rayonlarda komitənin nümayəndələri fəaliyyət göstərir.

Komitə sədri diqqətə çatdırıb ki, Azərbaycanda islam ənənələrinə uyğun fəaliyyət göstərən Qafqaz Müsəlmanları İdarəsi yalnız ölkəmizdəki məscidləri, islam məbədlərini idarə etmir, eyni zamanda, Qafqazın digər ərazilərindəki islam dini qurumları da onun tərkibinə daxildir.

“Dövlət-din münasibətləri XXI əsrin mövzusu deyil, dövlət yarandığı vaxtdan din də meydana gəlib. İnsanlar hələ qəbilə tayfa münasibətləri dövründə belə, ətraf mühiti dərk etməyə can atır, müəyyən inanclara, əşyalara sitayiş edirdilər. Bütün xalqlar bu yolu keçib. Çox qədim tarixə malik Azərbaycan xalqı da ayrı-ayrı dövrlərdə müəyyən dinlərə sitayiş edib. Bu gün isə Azərbaycan etnosu tam şəkildə İslamı qəbul edib, əhalinin 96 faizi İslam dininin daşıyıcısıdır. Azərbaycanda ayrı-ayrı konfessiyalara nəzər salsaq, burada yəhudi, pravoslav, katolik və başqa mənsəblərin nümayəndələrini görə bilərik”, - deyə M.Qurbanlı bildirib.

İslamı qəbul etdikdən sonra bu dinin Azərbaycan xalqının məişətinə daxil olduğunu vurğulayan komitə sədri qeyd edib ki, hətta Çar Rusiyasının hakimiyyəti dövründə belə Azərbaycan xalqının gündəlik həyatında İslam dini mühüm rol oynayıb. Sovet hakimiyyəti illərində isə din üzərinə dövlət tərəfindən sərt qadağalar qoyulmuşdu. Bu dövrdə ateist bir dövlət modeli qurulmuşdu.

Mübariz Qurbanlı deyib ki, müstəqilliyin ilk illərində din məsələsində bilgisizlik özünü büruzə verir, ölkəmizə çoxsaylı missionerlər gəlir və təbliğat aparırdılar. Amma xalqımızın öz adət-ənənələrinə sadiqliyi nəticəsində onların radikal dini qruplar yaratmaq cəhdləri baş tutmadı. Komitə sədri bütün islam dünyasının radikal cərəyanlara qarşı mübarizə aparmasının zəruriliyini vurğulayaraq diqqətə çatdırıb ki, bununla bağlı beynəlxalq miqyasda aparılan müzakirələrə baxmayaraq, hələ heç bir nəticə əldə olunmayıb. Ulu Öndərin əsasını qoyduğu azərbaycançılıq ideologiyasının, eyni zamanda, özündə islam dəyərlərini də ehtiva etdiyini bildirən Mübariz Qurbanlı qeyd edib ki, Azərbaycanda dini qurumlar və dindarlar da inkişafa öz töhfələrini verirlər. Bildirilib ki, radikal qruplaşmalar Qurani-Kərimdən olan ayələri yanlış yozaraq, özlərinə uyğun şəkildə təqdim etməyə çalışırlar. Dini qurumlarla işin təşkilatçıları bunun qarşısını öz bilikləri ilə ala bilərlər.

Mübariz Qurbanlı bu gün Azərbaycanda 2 min 166 məscidin olduğunu, onlardan 1500-nün gündəlik fəaliyyət göstərdiyini deyərək, hazırda hər bir bölgə üzrə dini xəritələr üzərində iş aparıldığını diqqətə çatdırıb. Bu xəritələrə regionlardakı dini ibadət yerlərinin sayı, regionda əhalinin hansı məzhəblərə xidmət etməsi və digər məlumatlar əksini tapacaq.

“Milli mənəvi dəyərlərin təbliği və tolerantlıq mühitinin formalaşmasında vətəndaş cəmiyyəti təsisatlarının rolu” mövzusunda çıxış edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, ölkədə multikultural mühitin formalaşması bir tərəfdən təbliğatla bağlıdırsa, digər tərəfdən rayonlarda, mərkəzi yerli icra hakimiyyəti orqanlarında təşkilatı tədbirlər görülməsini tələb edir. Bu mühitin formalaşması ilə bağlı dövlətin proqramları, müvafiq qanunvericilik aktları və müvafiq siyasəti var.

Əli Həsənov qeyd edib ki, vətəndaş cəmiyyəti təsisatları fərdi, qrup və ictimai maraqların təmin olunması məqsədi ilə vətəndaşların yaratdıqları birliklərdir. Yəni hər bir vətəndaş özü kimi düşünən insanlarla birlikdə vətəndaş cəmiyyəti təsis edə bilər. Bu isə fərdi, qrup və ictimai maraqların təmin olunması məqsədi daşıyır. Azərbaycanda bu cür təsisatların ən geniş yayılan forması qeyri-hökumət təşkilatlarıdır. Ölkəmizdə QHT-lərin fəaliyyətinə dövlət dəstəyi konsepsiyası qəbul olunub, QHT-lərə Dövlət Dəstəyi Şurası yaradılıb. Həmin şuraya dövlət büdcəsindən təxminən 5 milyon manat vəsait ayrılıb. Bu ildən nazirliklər, komitələr, şirkətlər, eyni zamanda, mərkəzi yerli icra hakimiyyətinin digər strukturları üçün dövlət büdcəsindən ayrılan qrant fəaliyyətinin də tənzimlənməsini həmin şura həyata keçirir. Beləliklə, şura qrant fəaliyyətini koordinasiya edir.

Bu barədə söhbəti davam etdirən Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycanda yayılan ən geniş vətəndaş cəmiyyətlərindən biri də həmkarlar ittifaqlarıdır. Bu qurum dövlətin sosial siyasət məsələləri üzrə tərəfdaşıdır. Həmkarlar İttifaqı insanların əmək hüquqlarının, o cümlədən işləyən bütün kateqoriyaların sosial hüquqlarının müdafiəsinin həyata keçirilməsində vahid standartlar müəyyən edir. Kütləvi informasiya vasitələri də vətəndaş cəmiyyətləri institutu təsisatlarına daxildir və hər bir vətəndaş istənilən informasiya vasitələri təsis edə bilir.

“Bundan əlavə, bəzən siyasi partiyaları da vətəndaş cəmiyyətləri institutlarına daxil edirlər. Amma biz onları hakimiyyət institutu adlandırır, vətəndaş cəmiyyəti institutları təfsilatına daxil etmirik. Buna görə də onlara QHT-lərə Dövlət Dəstəyi Şurasından qrant verilmir. Sadəcə olaraq, parlamentdə təmsilçilik normalarına görə, dövlət büdcəsindən ayrılan vəsait onlar arasında bölünür”, - deyə Əli Həsənov vurğulayıb.

Məlumat verilib ki, hazırda Azərbaycanda üç minə yaxın QHT, 50-dək siyasi partiya fəaliyyət göstərir. Təxminən 200 qəzet, 100-ə yaxın jurnal, 50-dən çox televiziya və radio kanalı, 300-dən artıq fəal internet informasiya resursu, onlarla mətbuat yayımı şirkəti mövcuddur. Gün ərzində bu informasiya vasitələrinə çıxış imkanı olan insanlar ümumi əhalinin təxminən 75 faizini təşkil edir. Odur ki, milli mənəvi, multikultural dəyərlərin təbliğində ən önəmli rol kütləvi informasiya vasitələrinə məxsusdur.

Milli mənəvi dəyərlərdən danışan Prezident Administrasiyasının rəsmisi deyib: “Milli mənəvi dəyər dedikdə, fərdi və ictimai həyatın müxtəlif sahələrində hamının və ya əksəriyyətin qəbul etdiyi ictimai ideyalar, prinsiplər, normalar, baxışlar, etalon və standartlar, adət və ənənələr sistemi nəzərdə tutulur. Bu normalar birdən-birə yaranmayıb, bunlar tarix boyu formalaşmış dəyərlərdir. Bizim hamımız vahid vətəndaşlıq normaları əsasında fəaliyyət göstəririk. Bunun təməli də ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Milli mənəvi dəyərlərin əsasında duran başlıca prinsip azərbaycançılıq ideologiyasıdır. Bura bütün Azərbaycan xalqının qəbul etdiyi normalar, mənəviyyat, adət və ənənələr daxildir”.

Azərbaycanda əhalinin böyük əksəriyyətinin İslam dininə mənsub olduğunu bildirən Prezidentin köməkçisi vurğulayıb ki, ölkəmizdə həmçinin digər dinlərin nümayəndələri də yaşayır. Bununla belə, qeyri-islam dininə mənsub olan insanlar sıxışdırılmır, təqib olunmurlar. Əksinə, onlara böyük hörmətlə yanaşılır. Buna görə də Azərbaycandakı tolerantlıq və multikultural mühit bu gün bütün dünyada nümunə kimi göstərilir.

Milli mənəvi dəyərlərimizin əsas tələblərindən biri də vahid dövlətə mənsubluq hissidir. Bu barədə danışan Əli Həsənov deyib: “Bu, Vətənin qayğıları və onun üstünlükləri qarşısında bərabərlik deməkdir. Biz neft gəlirlərini rayonlara paylayanda demirik ki, bu rayonda talışlar, yaxud digərlərində ləzgilər, tatlar, türklər yaşayırlar. Prezident İlham Əliyevin bölgələrə səfərlərinə nəzər yetirək. Dövlətimizin başçısının ən çox səfər etdiyi rayonlar elə milli azlıqların və fərqli din mənsublarının məskunlaşdıqları ərazilərdir. Biz ora heç vaxt başqa xalqların yaşadıqları yer kimi deyil, Azərbaycan, Vətən kimi baxırıq. Onlar bizim xalqımızdır və o ərazilər də bizim Vətənimizdir”.

Dinin cəmiyyətdə rolundan söhbət açan Əli Həsənov diqqətə çatdırıb ki, din cəmiyyətin strukturunda mühüm yer tutan ictimai institutdur. Din müxtəlif ideyaları ifadə edən və ictimai münasibətləri tənzimləyən ictimai şüur formasıdır, insanın cəmiyyətdə davranışını tənzimləyən norma və təlimatlar sistemidir. İslam dininə mənsub şəxslə digər hər hansı başqa bir dinə sitayiş edən insanın davranışlarında, dünya görüşündə müəyyən fərqlər olur. Bu anlamda Azərbaycan cəmiyyətinin həyatında da dinin rolu danılmazdır.

Azərbaycanda dövlət-din münasibətləri modelinin təməlinin ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd edən Əli Həsənov deyib: “Bu münasibətlərin təməlində azərbaycançılıq ideyası dayanır. Biz Qurandan irəli gələn adət-ənənələrin hamısını qəbul edirik. Bəlkə tarixdə ilk nümunə idi ki, Heydər məscidində şiələrlə sünnilər birlikdə namaz qıldılar. İlk nümunədir ki, Heydər məscidində bir həftə sünni, bir həftə isə şiə imamı xütbə verir. Bu gün bizə radikal şiəliyi və digər dini cərəyanları təlqin edənlərə qarşı da biz öz mövqeyimizi nümayiş etdiririk. Azərbaycan konstitusiyasında dinin dövlətdən ayrı olduğu təsbit edilib. Bu o deməkdir ki, dövlət dini ayinlərə, onların daxili normalarına müdaxilə etmir. Dini ayinin yeri məscidlərdir, onların ərazisidir. Dövlət hakimiyyətinin yeri isə bütün dövlətin ərazisidir. Əsas bir prinsip var: Dövlət dinin işinə qarışmır, din isə dövlətin dünyəvi normalarına müdaxilə etmir”.

Daha sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev seminar-müşavirədə “Azərbaycanda dövlət-din münasibətlərinin qanunvericilik bazası” mövzusunda məruzə ilə çıxış edib.

Dövlət-din münasibətlərinin kifayət qədər mürəkkəb məfhum olduğunu vurğulayan Şahin Əliyev deyib: “Məsələnin mürəkkəbliyi ondan ibarətdir ki, din dövlət ilə müqayisədə tam muxtar bir sistemdir. Dinin öz qanunları və mühakimə sistemi var. Məsələn, dövlət öz qanunlarının icrasını təmin etmək məqsədilə hüquq-mühafizə orqanları və digər güc strukturları yaradır. Dini ayinlərin tətbiqinə gəlincə, bunun üçün heç bir struktura ehtiyac yoxdur. Hər bir dindar bu ayinlərə əməl edilməsini özünə borc bilir. Ona görə də dindən öz məqsədləri üçün istifadə etmək istəyən hər bir dövlət süquta uğrayır. Yəni, dövlət strukturları din strukturları ilə əvəz edilir”.

Şöbə müdiri qeyd edib ki, hələ 1918-ci ildə demokratik respublika təsis edilərkən Azərbaycan dünyəvi dövlət elan olunmuşdu. Bu xətt ulu öndər Heydər Əliyev tərəfindən davam etdirilib və hazırda Azərbaycan Cənubi Qafqazda yeganə dövlətdir ki, sırf dünyəvilik prinsipi əsasında qurulub. Azərbaycan əhalisinin təxminən 70 faizi şiə, 30 faizi sünnidir. Tarixən ölkəmizdə bu məzhəblər arasında heç vaxt münaqişə və ya anlaşılmazlıq olmayıb. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bəzi qüvvələr şiə-sünni faktorunu qabartmağa çalışsalar da, bu cəhdlər boşa çıxıb.

Şahin Əliyev qeyd edib ki, vaxtilə bir fransız sosioloqu öz elmi məqaləsində “İslamın Azərbaycan brendi” ifadəsini işlətmişdi. O, Azərbaycan məscidlərində sünni və şiələrin bir yerdə namaz qıldığını görəndə çox təəccüblənmişdi. Doğrudan da, dünyanın heç bir ölkəsində İslamın iki qolu arasında bu cür münasibətləri görmək mümkün deyil.

Prezident Administrasiyasının şöbə müdiri vurğulayıb ki, “Dini etiqad azadlığı haqqında” Qanun din məsələlərinə sırf dünyəvilik nöqteyi- nəzərindən yanaşır. Qanun kifayət qədər həcmli olsa da, onun praktikada işləyən cəmi bir neçə məqamı var. Birinci məqam dinə aid materialların yayılmasıdır. Bütün dini ədəbiyyat, audio və videoyazılar mütləq nəzarət markası ilə markalanmalıdır. Əks halda, onların yayılmasına icazə verilmir və buna görə məsuliyyət müəyyən edilib. Bu, ondan irəli gəlir ki, Azərbaycan Konstitusiyası dini və etnik münaqişə, insan ləyaqətini alçaldan dini cərəyanların ölkə ərazisində yayılmasını qadağan edir.

Digər bir məqam isə ondan ibarətdir ki, Qafqaz Müsəlmanları İdarəsi məscidlərə axundların təyin olunmasını Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə razılaşdırılmalıdır. Nəhayət, sonuncu məqam xaricdə dini təhsil almış din xadimləri tərəfindən dini mərasimlərin yerinə yetirilməsinə qoyulan qadağadır. Bu tələblərə riayət olunmasına nəzarət etmək kifayət qədər çətindir. Lakin istənilən halda bu tələbin yerinə yetirilməsinə çalışmaq lazımdır. Ümumiyyətlə, din xadimləri və dindarlarla iş aparmaq üçün Qurani-Kərimi mükəmməl bilmək tələb olunur.

Şahin Əliyev bildirib ki, yerli icra hakimiyyəti orqanları insanlarla münasibətdə kifayət qədər ədalətli olmalıdırlar. Çalışmalıdırlar ki, bu məsələdə onları anlasınlar, insanlar yerli icra hakimiyyəti orqanlarından narazı qalmasınlar. Hazırda əsas problemlərdən biri din xadimlərinin savad məsələsidir. Gələcəkdə bu məsələyə dair bir proqram haqqında düşünmək olar.

“İslam tarixən çox tolerant dindir və hazırda cərəyan edən radikalizm heç vaxt bu dinə xas olmayıb. Bizi istəməyən xarici qüvvələrin cəhdlərinə baxmayaraq, Azərbaycanda dini və mədəni tolerantlıq ənənəsi pozulmayıb. Ümid edirəm ki, bu ənənə pozulmayacaq”, - deyə şöbə müdiri bildirib.

Seminar-müşavirə işini fevralın 13-də davam etdirəcək.

Dini qurumlarla iş müasir və elmi yanaşma tələb edir [YENİLƏNİB] VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp prezident seçiləcəyi təqdirdə şahzadə Harrini ABŞ-dan qovacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

“Novruz gəlir, yaz gəlir” – AzMİU kollektivi İlaxır çərşənbədə tonqal ətrafında bir araya gəldi

BDU Sənaye və Texnoloji Tədqiqat Təşkilatlarının Dünya Assosiasiyasına tamhüquqlu üzv seçilib

“Azəriqaz” Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq

® “Azpetrol” şirkəti yanacaqdoldurma məntəqələrinin sayını 104-ə çatdırıb

KİV: İsrail və HƏMAS Doha danışıqlarında kompromisə hazırdır

Türkmənistanın Ticarət-Sənaye Palatası Türk Ticarət və Sənaye Palataları Birliyinin tamhüquqlu üzvü olub

Türkiyənin yeni milli müdafiə sistemi ictimaiyyətə təqdim edilib

ADA Universiteti Fondunun sponsorluq layihələri üzrə direktoru: Gender arası əməkdaşlıq inkişafın göstəricisidir - açıqlama

Novruz təamlarından istifadə edərkən diqqət yetirilməli məsələlər

Şəhid ailə üzvü olan təhsil işçiləri ilə görüş keçirilib

Milli Kitabxanada Novruz bayramı ilə bağlı elektron məlumat bazası yaradılıb

Yevlaxda Novruz bayramı münasibətilə konsert təşkil olunub

Azərbaycan gimnastları Almaniyada Dünya Kubokunda çıxış edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeni veb-saytı istifadəyə verilib

İrqçilik etdiyi üçün millinin heyətindən kənarlaşdırılıb

Bir sıra ölkələrdən quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub

Blinken Qəzzada atəşkəsi müzakirə etmək üçün Ər-Riyada və Qahirəyə gedəcək

® “Azersun Holding” 10 mindən çox ailəni Novruz sovqatı ilə sevindirib

Azərbaycan poeziyası İspaniyada

Pomidor istehsalçıları ilə görüş keçirilib

Uzun illər itmiş sayılan nadir dəniz qabığı kolleksiyası indi İngiltərədə nümayiş etdirilir

Yanvar-fevral aylarında əlilliyi olan şəxslərə 20,8 min reabilitasiya vasitəsi verilib

“SpaceX” qlobal internet şəbəkəsinə aid daha 22 peyki orbitə çıxarıb

Son iki ayda sosial sahə üzrə 78 mindən çox e-arayış verilib

Fransa Mərakeşə 146 milyon dollar kredit verir

Qazaxıstan Xəzər dənizində hərbi təlimlər keçirib

Ədliyyə naziri Saatlıda vətəndaşları qəbul edib

“Ətirlisən, dadlısan, süfrəmizin yaraşığısan” II Çay Festivalı keçirilib

Martın 18-də aşkarlanan silah və sursatların sayı açıqlanıb

Fransuaza Jilonun rəssamlıq irsi Pikasso Muzeyində

Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına dair Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib

Kəngərli rayonunun yaradılmasının 20 illiyinə həsr olunan virtual sərgi təqdim edilib

Bakının abad məhəllələrində Novruz şənlikləri davam edir

Hərbi Prokurorluq işçiləri Müdafiə Nazirliyinin yüksəkrütbəli vəzifəli şəxsləri ilə birgə Novruz bayramı ərəfəsində hərbi hissələrdə olublar

® Monteneqronun sabiq prezidenti Milo Cukanoviç “Azərbaycanın dostu” qızıl ordeni ilə təltif olunub

Dünya Bankı Misirə 6 milyard dollar yardım edəcək

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində səfərə hazırlaşan sürücülərə müraciət edib

Aİ Şurası Ukraynaya yeni yardım fondunu təsdiqləyib

Folklorşünas alim: Torpaq çərşənbəsi insanın təbiətlə həmrəy olması bayramıdır

Türkiyədə fəlakət zonasındakı sakinlər hər ay 15 min evlə təmin ediləcək

DİN: Martın 19-da ölkə üzrə 40 cinayətin açılması təmin olunub

Ölkənin əksər bölgələrinə yağış, dağlıq rayonlara qar yağıb

Dünya birjalarında neft ucuzlaşıb

Zabrat qəsəbəsindəki marketdə baş verən yanğın söndürülüb

Naxçıvanın kəndlərinin içməli su təminatı yaxşılaşdırılır

MDU-da tərəfdaş universitetlərlə birlikdə Çanaqqala Zəfərinin ildönümü qeyd edilib

Azərbaycan nefti bahalaşıb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib

® GL 2023-cü ildə neft hasilatı artımına nail olub

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Bakının bəzi yollarında sıxlıq müşahidə olunur SİYAHI

Mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edilib

Ukraynanın Krivoy-Roq şəhərində Novruz bayramı ilə bağlı konsert təşkil edilib

Saatlıda narkokuryerlik edən şəxs saxlanılıb

Hüquq müdafiəçisi: Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşıdır

Türkiyə tədqiqatçıları stressin beyində “zamanın qavranılmasını” pozduğunu müəyyənləşdiriblər

Daşkəsəndə narkotik vasitələr satan şəxs saxlanılıb

Avstraliya məhkəməsi “Uber”i böyük məbləğdə təzminat ödəməyə məcbur edib

Yanlış ayaqqabı uşağın sağlamlığına zərər verə bilər - Mütəxəssis rəyi

Anaklia limanının dəniz infrastrukturunun tikintisi üçün beynəlxalq tender elan edilib

Süni intellekt və lazer əsaslı sensorla mədədəki xəstəliklər müəyyən ediləcək

Braziliyada hiss edilən temperatur 62 dərəcə Selsini keçib

Yaponiyada yaşlı insanlar əməyə cəlb edilir

İraq neft ixracını azaldacaq

Ümumdünya Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Qırmızı qəsəbəyə səfər edib

Budapeştdə biznes forumda Azərbaycandakı investisiya imkanlarından danışılıb

Gürcüstanın Təhsil və Elm Nazirliyinin Marneuli İctimai Kollecində təntənəli Novruz şənliyi keçirilib

Azərbaycanın Qırğızıstandakı səfirliyində Novruz bayramı qeyd edilib

Bu gün Torpaq çərşənbəsidir

Şabranda minik avtomobilləri toqquşub, yaralananlar var

“Robotexnika Klubu”nun üzvləri Türkiyədə keçiriləcək “Texnofest”ə layihə təqdim ediblər

Kəngərli rayonunun yaradılmasının 20 illiyi qeyd olunub

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

Dövlət Komitəsində Yaponiyada yaşayan azərbaycanlı pianoçu ilə görüş olub

Amur vilayətindəki filiz mədənində qəza baş verib, dağıntılar altında qalanlar var

Media əməkdaşları arasında atıcılıq yarışının qalibləri bəlli olub

Türkiyə Prezidenti: Bu yay İraq sərhədimizin təhlükəsizliyini tam təmin edəcəyik

Naxçıvan ŞİH: Möminə Xatun türbəsinin ətrafındakı tikili ilə bağlı yayılanlar həqiqəti əks etdirmir

Azərbaycanın güləş millisi “Çempionlar” turnirini 10 medalla başa vurub

YAP Səbail rayon təşkilatında Novruz bayramı qeyd edilib

Nigeriyada daha yüz adam oğurlanıb

Azərbaycan-İraq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

Bakı Ali Neft Məktəbində “Huawei” şirkətinin laboratoriyası fəaliyyətə başlayıb

Nazirlik: Hərbi hissələrdə bayram tədbirləri qapalı şəraitdə keçirilir

Azərbaycan atıcıları Almaniyada qızıl medal qazanıblar

Bakı Dövlət Universitetində Novruz şənliyi

Yens Stoltenberq: NATO ilə Azərbaycan arasında əməkdaşlıq üçün yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparırıq VİDEO

Beynəlxalq mətbuat Azərbaycan Prezidentinin NATO-nun Baş katibi ilə görüşündən yazır

“Ailəm könüllüləri” proqramının könüllüləri mükafatlandırılıb

Nobel sülh mükafatı laureatı Məhəmməd Yunus BAMF-da olub

Azərbaycan icması Böyük Britaniya Parlamentinə etiraz məktubu göndərib

Müdafiə naziri Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Unudulmaz bəstəkar Şəfiqə Axundovanın 100 illik yubileyi qeyd olunub

Hikmət Hacıyev: Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri var VİDEO

Xüsusi təyinatlı təhsil müəssisələrində Çanaqqala zəfərinin 109-cu ildönümü qeyd edilib VİDEO

Ağdamda Bahar bayramı şənliyi keçirilib

Bakının Dəmir yolu vağzalında keçirilən oftalmoloji aksiya zamanı 120 nəfər müayinə olunub 

Monitorinq Mərkəzi Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirib