Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Dini qurumlarla işin təşkilatçılarının fəaliyyəti dini radikalizmin səbəblərinin aradan qaldırılmasına yönəlməlidir VİDEO

Bakı, 13 fevral, AZƏRTAC

Bakıda ölkəmizin şəhər, rayon icra hakimiyyəti başçısı aparatlarının ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavinləri-dini qurumlarla işin təşkilatçılarının seminar-müşavirəsi fevralın 13-də işini davam etdirib.

AZƏRTAC xəbər verir ki, seminar-müşavirənin ikinci günü Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevin “Azərbaycan multikulturalizminin inkişaf perspektivləri” mövzusunda çıxışı ilə başlayıb.

Kamal Abdullayev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev son dərəcə uzaqgörən siyasi həssaslıq nümayiş etdirərək, 2016-cı ili “Multikulturalizm ili” elan edib. Bunun böyük əhəmiyyəti var. Bu, yalnız Azərbaycan üçün deyil, həm də beynəlxalq aləm üçün böyük önəm kəsb edir. “Azərbaycan Prezidentinin 2016-cı ili “Multikulturalizm ili” elan etməsi dünya ictimaiyyətinə, intellektual qüvvələrə bir çağırışdır. Dövlətimizin başçısı düşünülmüş bu addımı atmaqla Azərbaycan xalqının indiyə qədər yaşatdığı və bundan sonra da yaşadacağı dəyərləri bəyan edib. Bu multikultural dəyərlər hansılardır? Mərhəmət hissi, başqasının halına acıma hissi, başqasını özündən seçməmək hissi. Bu, bizim xalqımıza xas dəyərlərdir”, - deyə K.Abdullayev vurğulayıb.

Dövlət müşaviri qeyd edib ki, multikulturalizm məna etibarilə çoxmədəniyyətlilik deməkdir. Yəni, çoxmədəniyyətli bir cəmiyyətdə bu, çoxmədəniyyətliliyin daşıyıcılarının bir-birinin yanında normal şəkildə yaşamaları deməkdir. Bu, Azərbaycan üçün həyat tərzidir. Multikulturalizm cəmiyyətdə mövcud olan etnik, irqi, dini və mədəni müxtəlifliklərə münasibətdə dövlətin apardığı konkret siyasətdir.

Azərbaycanın böyük mənəvi təcrübəyə malik olduğunu qeyd edən Kamal Abdullayev diqqətə çatdırıb ki, dastanlarımızdan, nağıllarımızdan, klassik ədəbi nümunələrimizdən qədim demokratik prinsiplərlə bağlı kifayət qədər nümunələr göstərmək mümkündür. Tarix boyu Azərbaycanın mənəvi həyatında mövcud tolerantlıq nümunələrindən xeyli danışmaq olar. Bunlar təbii ki, multikultural tərzin Azərbaycan cəmiyyətinə hələ keçmiş zamanlardan xas olmasına bir sübutdur.

Bu yaxınlarda çapdan çıxan “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı barədə danışan Dövlət müşaviri deyib: “Prezident İlham Əliyev hər zaman qeyd edir ki, multikulturalizm Azərbaycan cəmiyyətinə, xalqına tarixən xas olan bir dəyərdir. Biz bu ruhla, ideyalarla zaman-zaman böyüyüb formalaşmışıq. Bunun əyani sübutunu klassiklərimizin əsərlərində görürük”.

Kamal Abdullayev bildirib ki, Azərbaycan multikulturalizminin daha bir əsas şaxəsi isə onun hüquqi və siyasi qaynaqlarından ibarətdir. Azərbaycan ərazisində müxtəlif dövrlərdə mövcud olmuş dövlətlərdə də multikultural dəyərlərə loyal münasibət hökm sürüb. Bu dəyərləri sistemləşdirib, siyasi və hüquqi bir bazanın yaradılması isə XX əsrin sonlarında ümummilli lider Heydər Əliyevə nəsib oldu. Azərbaycanın müstəqilliyinin ilk dövründə ulu öndər Heydər Əliyev dəqiq ideoloji hədəf seçdi. Əsrlər boyu Azərbaycanda formalaşmış çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirib, onu keyfiyyətcə yeni müstəviyə keçirdi. Ölkə konstitusiyasında müxtəlif bəndlərdə, Ulu Öndər tərəfindən bununla bağlı imzalanmış sərəncam və fərmanlarda multikulturalizm ideyaları siyasi baxımdan öz əksini tapıb.

Azərbaycan Prezidentinin ölkə ərazisindəki bütün konfessiyalara, dinlərə bərabər münasibət göstərdiyini bildirən Dövlət müşaviri deyib: “Bu da onların bir-birlərinə münasibətdə loyal olmasına gətirib çıxaran amildir. Azərbaycanda dini və milli müxtəlifliyin qorunub saxlanılmasına dövlət xüsusi diqqət ayırır. Azərbaycan multikultural təhlükəsizliyin bu bəndini də yerinə yetirir”.

Kamal Abdullayev bir neçə gün əvvəl Azərbaycanda fəaliyyətə başlayan “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş-2016” adlı Beynəlxalq Multikulturalizm qış məktəbi haqqında da məlumat verib. Bildirib ki, məktəbin iştirakçıları ölkəmizin bir sıra regionlarında da olublar. Bu gün həm yerli, həm də bir sıra xarici universitetlərdə Azərbaycan multikulturalizmi adlı fənn tədris edilir. Bu fənn Azərbaycan xalqının tarixinə, mənəviyyatına, bugünkü ictimai-siyasi durumuna bir girişdir. “Biz bu fənni bəzi Avropa ölkələri universitetlərinə təklif edəndə, onlar bunu çox böyük maraqla qarşıladılar və öz universitetlərində tədrisinə razılıq verdilər. Hazırda bu fənn Avropanın 13 və Azərbaycanın 28 universitetində tədris edilir. Məqsədimiz Azərbaycana olan bu marağı məhəbbətə çevirməkdir”, - deyə Dövlət müşaviri əlavə edib.

Seminar-müşavirədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov “Dini radikalizmə qarşı mübarizədə hüquq mühafizə orqanlarının rolu və fəaliyyətinin əlaqələndirilməsi” mövzusunda çıxış edib.

Fuad Ələsgərov tədbir iştirakçılarına müraciətlə deyib: “Prezident İlham Əliyevin tapşırığı ilə belə bir seminar-müşavirənin keçirilməsi dövlətin dini sahədə münasibətlərə və yerlərdə dini qurumlarla işin təşkilatçıları kimi sizin fəaliyyətinizə verdiyi önəmin göstəricisidir. Bu seminar açıq fikir mübadiləsinin aparılması üçün çox yaxşı bir platformadır və inanıram ki, sizinlə görüşümüz də səmimi və açıq müzakirə şəraitində keçəcək”.

Şöbə müdiri bildirib ki, bu gün müasir dünyada sivilizasiyaların qarşıdurması müşahidə olunur. Xüsusilə Yaxın Şərqdə dini zəmində münaqişələr, dini radikalizm və ekstremizmin artması, Avropada islamofobiya və antisemitizm meyillərinin güclənməsi multikulturalizm ideyalarının tənəzzülünün təzahürüdür. Hətta Avropa dövlətlərinin liderləri multikulturalizm ideyalarının iflasa uğradığını etiraf edirlər. Bu mənada müxtəlif dini inanclara malik insanların əsrlər boyu sülh şəraitində yaşadığı Azərbaycan dünyaya nümunə ola biləcək bir dövlətdir və təsadüfi deyil ki, 2016-cı il Prezident İlham Əliyev tərəfindən ölkəmizdə “Multikulturalizm ili” elan edilib.

Dünyada geniş vüsət almış dini radikalizm və ekstremizm meyillərinin Azərbaycandan da yan keçmədiyini təəssüf hissi ilə qeyd edən Prezident Administrasiyasının rəsmisi deyib: “Ölkəmizdə dini radikalizm meyillərinin yayılması əsas etibarilə xarici faktorlarla, bəzi dövlətlərin fəaliyyəti ilə bağlıdır. Müəyyən qüvvələr dini radikal qruplardan istifadə etməklə öz siyasi məqsədlərini həyata keçirməyə cəhd göstərirlər”.

Azərbaycanda dini radikalizmin əsasən radikal vəhhabilik və ifrat şiəlik formasında təzahür etdiyini bildirən Fuad Ələsgərov vurğulayıb ki, onların təbliğatı bir qayda olaraq xaricdə təhsil almış azərbaycanlılar tərəfindən həyata keçirilir. İndiyədək xarici ölkələrdə 3 minə yaxın azərbaycanlı dini təhsil alıb və bu gün dövlətçilik əleyhinə yönələn tədbirlərin təşkilatçısı qismində çıxış edən dindarların böyük əksəriyyəti məhz həmin şəxslərdir.

Qeyd olunub ki, hazırda dini radikalizmlə mübarizə Azərbaycanın hüquq mühafizə və xüsusi xidmət orqanları qarşısında duran əsas vəzifələrdən biridir. Xüsusilə son dövrlərdə dini radikalizmə qarşı mübarizənin gücləndirilməsi üçün ölkəmizdə mühüm qanunvericilik, institusional və praktiki tədbirlər həyata keçirilib.

Şöbə müdiri diqqətə çatdırıb ki, Suriya və İraqda silahlı münaqişələrin başlandığı dövrdən on minlərlə əcnəbi həmin ölkələrə gələrək İŞİD terrorçu qruplaşmasının sıralarına qoşulub. Onların arasında Azərbaycandan da radikal vəhhabiliyə mənsub şəxslər olub. Bu şəxslərin geri qayıtdıqdan sonra ölkəmiz üçün yarada biləcəkləri təhlükə nəzərə alınaraq onların cinayət məsuliyyətinə cəlb edilməsi üçün zəruri addımlar atılıb. İlk növbədə, 2014-cü il martın 14-də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə yeni maddə əlavə edilib. Bu maddəyə əsasən vətəndaşları Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, bu məqsədlə döyüş təlimləri keçirmə, sabit qrup yaratma və ya belə qrupa rəhbərlik etmə cinayət hesab olunur. Həmçinin belə qruplarda, təlimlərdə və silahlı münaqişələrdə iştirak, bu hərəkətlərin törədilməsinə açıq çağırışlar etmə və bu cür məzmunlu materiallar yayma da cinayət sayılır və uzun müddətə azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılır. Qanunvericiliyə edilmiş bu dəyişiklikdən sonra Suriya və İraqda silahlı döyüşlərdə iştirak edərək sonradan Azərbaycana dönmüş 60-dan çox şəxs Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilərək cinayət məsuliyyətinə cəlb olunub.

“Dini radikalizmlə mübarizə cinayət törətmiş radikal dini təriqət üzvlərinin həbs edilərək cinayət məsuliyyətinə cəlb olunması ilə bitmir. Belə şəxslərin fəaliyyəti istər cəzaçəkmə müəssisələrində, istərsə də cəzalarını çəkib qurtardıqdan sonra hüquq mühafizə orqanları tərəfindən nəzarətdə saxlanılır. Görülmüş bu tədbirlər nəticəsində silahlı münaqişələrdə iştirak etmək məqsədilə ölkəmizdən Suriya və İraqa gedənlərin sayında kəskin azalma müşahidə edilməkdədir”, - deyə Fuad Ələsgərov vurğulayıb.

Azərbaycanda radikal dini fəaliyyətin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verən Prezident Administrasiyasının rəsmisi 2015-ci ilin noyabrında Bakının Nardaran qəsəbəsində baş vermiş hadisələrə də toxunub. Qeyd edib ki, bu hadisələr ifrat şiəlik ideyalarının ölkəmizin təhlükəsizliyi üçün doğura biləcəyi riskləri bir daha açıq nümayiş etdirdi. Belə ki, Taleh Bağırov başda olmaqla bir qrup şəxs ölkəmizdə ictimai-siyasi sabitliyi pozmaq, təxribatlar, kütləvi iğtişaşlar və terror aktları törətmək, konstitusiya quruluşunu zorla dəyişdirməklə şəriət qanunları ilə idarə olunan dini dövlət qurmaq məqsədilə “Müsəlman Birliyi” adlı hərəkat yaratmış, Bakı şəhərindən və respublikanın bəzi bölgələrindən özlərinə tərəfdarlar toplamaqla onları müxtəlif növ odlu silah, döyüş sursatı və partlayıcı maddə ilə təchiz etmişdi. Hüquq mühafizə orqanlarının həyata keçirdiyi əməliyyatlar nəticəsində din pərdəsi altında fəaliyyət göstərən cinayətkar qruplaşma zərərsizləşdirilib, digər zəruri addımlar atılıb. Hazırda həmin cinayət işi üzrə istintaq davam etdirilir.

Fuad Ələsgərov deyib: “Nardaranda cinayət törətmiş radikal dini təriqət üzvlərinin çoxunun bu qəsəbənin sakini olmaması, əsasən xarici dövlətlərdə dini təhsil alması bu hadisələrin arxasında xarici faktorların dayanmasını ehtimal etmək üçün ciddi əsas verir. Yerli əhali bu insanları dəstəkləməmiş və özləri dəfələrlə hüquq mühafizə orqanlarına müraciət edərək onları zərərsizləşdirməyi xahiş etmişdi. İstintaq zamanı bu şəxslərin xaricdən maliyyələşməsi ilə bağlı mühüm faktlar əldə edilib və hazırda həmin faktlar istintaq orqanı tərəfindən araşdırılır”.

Şöbə müdiri seminar-müşavirə iştirakçılarına 2015-ci ildə qəbul olunmuş “Dini ekstremizmə qarşı mübarizə haqqında” yeni Qanun, “Polis haqqında”, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında”, “Dini etiqad azadlığı haqqında” qanunlarda edilmiş dəyişikliklər barədə ətraflı məlumat verib. Həmçinin qanunvericiliyin təkmilləşdirilməsinin dini radikalizmə qarşı mübarizədə əhəmiyyətini diqqətə çatdırıb. Qeyd edib ki, dini radikalizmlə mübarizə sistemli və kompleks şəkildə aparılmalıdır. Bu məqsədlə inzibati və cinayət-hüquqi metodlardan istifadə edilməsi ilə yanaşı, ənənəvi dini təbliğat gücləndirilməli, dini sahədə savadlı, dövlətçiliyə sadiq ruhanilər yetişdirilməlidir. Eyni zamanda, mətbuatda, xüsusilə sosial mediada təbliğat işinə böyük önəm verilməlidir. Aidiyyəti dövlət orqanları dini radikalizmə, onun təbliğinə qarşı mübarizəni mütəmadi və əlaqəli şəkildə aparmalıdır. Bu mənada icra hakimiyyəti aparatlarında dini qurumlarla işin təşkilatçıları vəzifəsinin yaradılması mühüm institusional tədbirdir. Dini qurumlarla işin təşkilatçılarının üzərinə yerlərdə radikal dini meyillərin vaxtında aşkar edilməsi, dini radikalizmə qarşı mübarizədə icra hakimiyyəti orqanları ilə hüquq mühafizə orqanları arasında fəaliyyətin əlaqələndirilməsi və radikal dini təbliğata qarşı əks-təbliğat işinin təşkili kimi mühüm vəzifələr düşür. Bu fəaliyyət düzgün qurularsa, dini radikalizmə meyilliklə bağlı bir çox problemlər hüquq mühafizə orqanlarının müdaxiləsi olmadan, qabaqlayıcı tədbirlər görülməklə həll edilə bilər.

Hüquq mühafizə orqanları əsas etibarilə radikal dini fəaliyyətin nəticələri ilə mübarizə aparır. Dini qurumlarla işin təşkilatçılarının fəaliyyəti isə dini radikalizmin səbəblərinin araşdırılması və aradan qaldırılmasına yönəlməlidir. Xüsusilə radikal dini təriqətlərə meyilli olan bölgələrdə gənclərin təhsilə marağının artırılması, aidiyyəti dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının cəlb edilməsi ilə peşə və təhsil kurslarının təşkili, məşğulluğun təmin olunması üçün təşəbbüs göstərmək çox vacibdir.

“Dövlət-din məsələlərinə milli təhlükəsizlik kontekstindən baxış” mövzusunda çıxış edən Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Əks-kəşfiyyat Baş İdarəsinin rəisi İsmayıl Bağırov Xidmətin yerli icra hakimiyyəti orqanları ilə birgə fəaliyyətini dini radikalizmə qarşı mübarizənin ən səmərəli üsulu kimi dəyərləndirib. Nardaran hadisələrinə toxunan İ.Bağırov bildirib ki, bəzi qüvvələr din pərdəsi altında öz siyasi və digər məqsədlərini həyata keçirməyə çalışırdılar. Nardaran qəsəbəsində yerli camaatın tanımadığı, özünü dindar adlandıran bir qrup təxribatçının inanclı, mömin sakinlərə heç bir aidiyyəti olmayıb. Hazırda Nardaranda həyat normal axarı ilə davam edir.

Bu gün İŞİD terror qruplaşmasının bütün dünya üçün ciddi problemlər yaratdığını qeyd edən idarə rəisi Azərbaycanda bu kimi ekstremist təşkilatların ciddi sosial dayağının olmadığını vurğulayıb. Bildirilib ki, mütəmadi olaraq həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində İŞİD və digər terrorçu təşkilatların, eləcə də başqa qanunsuz silahlı birləşmələrin tərkibində fəaliyyət göstərən şəxslər cinayət məsuliyyətinə cəlb olunurlar.

İsmayıl Bağırov dövlətimizin başçısı tərəfindən 2016-cı ilin “Multikulturalizm ili” elan olunmasını hazırkı ictimai-siyasi şəraitdə, eləcə də dünyada baş verən etnik və dini zəmində qarşıdurmalar fonunda çox uğurlu addım kimi dəyərləndirib.

Daha sonra seminar-müşavirədə akademik Vasim Məmmədəliyevin “Azərbaycanda İslam: tarixçilik və müasirlik” adlı çıxışı dinlənilib. İslamın tarixi, milli mənəvi dəyərlərimizdə yeri, dövlət-din münasibətləri barədə iştirakçılara ətraflı məlumat verən V.Məmmədəliyev bildirib ki, dini dəyərlər Azərbaycan xalqının da milli mənəvi dəyərlər sisteminin mühüm tərkib hissəsini təşkil edir. Mədəniyyətimizin tarixi keçmişi və bu günü həmin dəyərlərlə bilavasitə bağlıdır. Dinlə elmin vəhdətinin vacibliyinə toxunan akademik İslamda elmə yüksək dəyər verildiyini diqqətə çatdıraraq qeyd edib ki, İslamın tanınmış nümayəndələri cərgəsində Azərbaycan alimləri və dinşünasları da dünya elminə böyük töhfələr veriblər.

Sonda seminar-müşavirə iştirakçılarına sertifikatlar təqdim olunub.

Dini qurumlarla işin təşkilatçılarının fəaliyyəti dini radikalizmin səbəblərinin aradan qaldırılmasına yönəlməlidir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Peyvənd olunmaq göyöskürəkdən qoruyan ən etibarlı vasitədir - həkim məsləhəti

Bayram günlərində Türkiyə nəqliyyatında rekordlar, qəzalar və nəticələr

ABŞ Britaniya məhkəməsinə Culian Assanjla bağlı zəmanətləri təqdim edib

Çempionlar Liqası: “Qol yağışı”nda PSJ və “Borussiya Dortmund” sevinib

Rişi Sunak və Benyamin Netanyahu arasında telefon danışığı olub

Kanada beş il ərzində Ukraynaya 1,16 milyard dollarlıq hərbi yardım köçürəcək

QHT sədri: COP29 zamanı Bakının dünyaya nümunə olacaq təcrübə təqdim edəcəyinə inanırıq

Azərbaycan-Avropa İttifaqı əlaqələrinin cari vəziyyəti və perspektivləri müzakirə edilib

ABŞ İsraildən Rəfahla bağlı ətraflı plan almadığını bildirib

Tbilisidə etiraz aksiyası bərpa olunub

Avropa İttifaqının xarici işlər və müdafiə nazirləri İran ətrafındakı vəziyyəti müzakirə edəcəklər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sənayesi Türkiyənin artan nüfuzuna ciddi töhfə verir

Sumqayıtlı məzun: 300 bal toplamaq mənim ilk böyük uğurumdur

Sumqayıtda kiberdələduzluğa qarşı maarifləndirmə işi aparılır

“BrandShield” saxta dərmanlar satan 250-dən çox saytı bloklayıb

Birləşmiş Ərəb Əmirliklərinə güclü yağışlar yağır, uçuşlar təxirə salınıb

Maya Sandu: Moldovanın Avropa İttifaqı üzvlüyünə dair referendum oktyabrın 20-də keçirilə bilər

Prezidentin Mətbuat Xidmətinin məlumatı

BDU-da IV Azərbaycan Astronomiya Olimpiadasının final turu keçiriləcək

Gürcü politoloq: Bəzi ölkələrin geosiyasi maraqları olmasaydı, Azərbaycan torpaqlarını işğaldan daha tez azad edərdi

Bir sıra ölkələrdən quşçuluq məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyulub

Gürcü politoloq: Azərbaycan öz maraqlarını qorumağa kifayət qədər hazırdır

Avropa Komissiyası ADPU-nun ENGAGE layihəsində assosiativ tərəfdaşlığını rəsmən təsdiq edib

Azərbaycanın energetika naziri IRENA-nın baş direktoru ilə görüşüb

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində AQEM nümayəndə heyəti ilə görüş olub

“BDU könüllüləri” təşkilatının “Lin-Orph” musiqi klubunun konsert proqramı

Regional konfransda Azərbaycanda istilik təchizatı və enerji effektivliyi sahəsində görülən işlərdən danışılıb

Fiziologiya üzrə doktorantura və dissertanturaya hazırlaşanların nəzərinə

Bakıda ilk dəfə Azərbaycan İnsurtech Zirvəsi təşkil olunub YENİLƏNİB

“Yaşıl təhsil” - ADPU-da elmi-praktik konfrans

Azərbaycan və Ukraynanın ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı və Abşeronda bəzi torpaq sahələri bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib

Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib

DSMF ünvanlı sosial yardımla bağlı vətəndaşlara müraciət edib

2023-2024-cü illərdə istehsal edilən istilik enerjisinin həcmi açıqlanıb

Biləsuvar və Neftçalada günəş elektrik stansiyaları tikiləcək

“Crocus City Hall”dakı terror aktı ilə əlaqədar daha bir nəfər həbs olunub

Şərqşünaslıq İnstitutunda özbəkistanlı alimlərlə görüş keçirilib

Elm və təhsil naziri UNICEF-in Azərbaycandakı nümayəndəsi ilə görüşüb

Paytaxtın Nizami rayonunda ağacəkmə aksiyası keçirilib

Azərbaycan məktəbliləri Avropa Qızlar Riyaziyyat Olimpiadasında uğurla çıxış ediblər

BVF: Qarşıdakı il dünya iqtisadiyyatını yavaş, lakin dayanıqlı inkişaf gözləyir

Türkiyənin Hacettepe Universitetinin professoru ADPU-da olub

Azərbaycanlı yazıçının əsəri Praqada səhnələşdirilib

Buraxılış imtahanında 300 bal toplayan şagird: Yüksək nəticə əldə edəcəyimi gözləyirdim

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Dendrologiya İnstitutu “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirib

Cəlilabad sakini babasından qalan odlu silahı polisə könüllü təhvil verib

Bakıda keçiriləcək atıcılıq üzrə Dünya Kubokunun rəsmi posteri təqdim olunub

® “Bakcell” böyük dəyişiklər astanasındadır

Türkiyədə “yaşıl” enerjinin ümumi istehsaldakı payı 55 faizə çatacaq

Bakı məktəblisi: Hədəfim 700 bal toplamaqdır

Biləsuvar rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Neftçala rayonunun inzibati ərazisində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pərviz Şahbazov: Azərbaycanda bərpa olunan enerji potensialı 4 dəfə arta bilər

Bakı şəhəri, Qaradağ rayonunun və Abşeron rayonunun inzibati ərazilərində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Qərbi Azərbaycanın siyasi tarixi və etnik mənzərəsi” - ADPU-da mühazirə

Türkiyə və Gürcüstan rəsmiləri regional problemləri müzakirə ediblər

Metanol ixracı 17 faizdən çox artıb

İlin ilk rübündə Aqrar Biznes festivallarında 23 rayondan 3 minə yaxın fermer iştirak edib

BDU-nun Biologiya fakültəsinin tələbələrinə açıq havada dərslər keçirilir

Bu ilin birinci rübündə KOBİA 152 biznes planın hazırlanmasına dəstək olub

Qeyri-verbal kommunikasiyanın təhlili və təşkili - təlim

Əbu-Dabidə Beynəlxalq Bərpaolunan Enerji Agentliyi Assambleyasının 14-cü sessiyası keçiriləcək

Buraxılış imtahanında 300 bal toplayan şagird: Hüquqşünas olmaq istəyirəm

ADA Universitetində Karyera Hazırlığı Həftəsi keçirilir

AQTA və UNICEF arasında əməkdaşlıq genişlənir

AQTA Goranboyda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlayıb

Saatlıda kənd məktəbinin şagirdi buraxılış imtahanında 300 bal toplayıb

Əqli Mülkiyyət Agentliyi gənc ixtiraçılara dəstək verir

Niyazinin Mənzil Muzeyində Zülfüqar Hacıbəyovun 140 illiyi qeyd olunub

Meksikanın paytaxtında maksimal temperatur qeydə alınıb

Elnur Məmmədli: Avropa çempionatına tam heyətlə gedəcəyik

Naxçıvanda kitabxana müdiri və kitabxanaçı vəzifələri üzrə müsabiqə keçirilib

Füzuli məktəbinin şagirdi buraxılış imtahanında ən yüksək nəticə göstərib

Azərbaycan elektromobil idxalını artırıb

“Məşğulluğa dəstək layihəsi” üzrə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Türkiyə ilə Gürcüstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Baş direktor: Azərbaycan və Türkiyə arasında e-ticarətin inkişafı vacibdir

BDU-da “Gənclik həftəsi” başlanıb

Kəngərli rayonunda avtomobil yanıb

AZƏRBAYCANIN GƏNC İSTEDADLARI
Sona Bəşirova

“Təbiətə quş yuvaları hədiyyə edək” adlı layihə həyata keçirilib

Cüdo Federasiyasının baş katibi: Ümid edirəm ki, Avropa çempionatında nəticələrimiz ötənilkindən zəif olmayacaq

Gənclər Fondu yerli və beynəlxalq layihə müraciətlərinin qəbulunu elan edir

Təlim keçmək üçün Rumıniyaya daha üç F-16 göndəriləcək

Füzuli şəhərinə daha 156 ailə köçürüləcək VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Neftçalada vətəndaşları qəbul edib, təsərrüfatlara baxış keçirib

“Azərbaycanda rəqəmsal transformasiya – 2023” bülleteni çapdan çıxıb

“Tərəqqi” medalı ilə təltif edilmiş qadınlara mükafatlar təqdim olunub

Yüksək Liqa: “Murov Az Terminal” yarımfinalda “Neftçi”yə qalib gəlib

Bərdə-Ağdam avtomobil yolunda baş verən qəzada bir nəfər ölüb - YENİLƏNİB VİDEO

Cüdo üzrə Azərbaycan millisi Avropa çempionatına tam heyətlə hazırlaşır

Azad edilmiş ərazilərdəki yaylaqlara köçəcək 4 min 500 nəfərdən çox fermerə ANAMA təlimlər keçir

Çində Azərbaycan dili virtual formada tədris olunacaq VİDEO

BMU-nun nümayəndələri Özbəkistanda beynəlxalq konfransda iştirak edəcəklər

Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən şəxs saxlanılıb

Bişkekdə TÜRKPA-nın iclası keçiriləcək

Dünya Bankı “ASAN xidmət” konseptini yüksək qiymətləndirir

Keçmiş məcburi köçkünlərin qayıdış prosesi ilə bağlı müraciətləri dinlənilib