MƏDƏNİYYƏT


“Dionisin qələbəsi” adlı hekayələr toplusu işıq üzü görüb

Bakı, 10 yanvar, AZƏRTAC

Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya üzrə elmlər doktoru Salidə Şəmmədqızının yeni kitabı işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, “Dionisin qələbəsi” adlı hekayələr toplusunda müəllifin müxtəlif illərdə qələmə aldığı “Dionisin qələbəsi”, “Mətn cızmaçısı”, “Layihə oyunu”, “Sən elə şeyləri anlamazsan”, “Ləzzəti - söhbəti”, “Əlyazmalar yanmır”, “Sənin səlahiyyətin çatırmı?”, “Psixiatrın gündəliyi” kimi hekayələri toplanıb.

Kitabın “Ön söz” müəllifi Xalq yazıçısı Mövlud Süleymanlı, redaktoru Azərbaycan Yazıçılar Birliyinin üzvü Səidə Əliyevadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.