SİYASƏT
Diplomat: Azərbaycan BMT Təhlükəsizik Şurasının qətnamələrinin tələblərini reallaşdırır
Paris, 2 dekabr, AZƏRTAC
Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılovun “Le Monde diplomatique” jurnalında Sergey Markedonovun “Dağlıq Qarabağ, qəzəb” adlı məqaləsinə cavab yazısı dərc edilib. Diplomat qeyd edir ki, Sergey Markedonovun məqaləsində Azərbaycan ərazisinin 30 illik hərbi işğalı, bu illər ərzində mülki əhalinin iztirabları barədə bəhs edilmir. Dağlıq Qarabağ münaqişəsi 1987-ci ilin sonlarında sovet Ermənistanının sovet Azərbaycanının Dağlıq Qarabağ bölgəsinə yiyələnmək iddiası ilə başladı. Bu ərazi iddiası təqribən 250 min azərbaycanlının Ermənistandan qovulması ilə davam etdi. Ermənistandan qovulan qaçqınlardan əlavə Dağlıq Qarabağ bölgəsindən və onun ətrafındakı 7 rayondan 750 min azərbaycanlı da məcburi köçkün düşdü. 1994-cü ildə əldə edilmiş atəşkəsdən sonra bu qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qayıtması həmişə Bakı üçün prioritet olub. Azərbaycan özünün müdafiə hüququndan istifadə edərək, eləcə də BMT təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməyə uyğun olaraq bu gün bu prioriteti reallaşdırır.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris