İQTİSADİYYAT


Diplomatik korpusun nümayəndələri bal yarmarkası ilə tanış olublar

Bakı, 14 oktyabr, AZƏRTAC 

Oktyabrın 14-də ölkəmizdə fəaliyyət göstərən diplomatik korpus və səfirliklərin nümayəndələri “Kənddən Şəhərə” layihəsi çərçivəsində təşkil edilən bal yarmarkası ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, bal yarmarkasına Fransa, Çexiya, Tacikistan, Yaponiya, İsveçrə, Gürcüstan, Niderland, Bolqarıstan, Çin, Hindistan, İtaliya, Braziliya, Rusiya, Belarus, Avstriya və Səudiyyə Ərəbistanının ölkəmizdəki səfirlikləri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycan Ofisi, BMT-nin İnkişaf Proqramı və Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndələri baş çəkiblər.

Bildirilib ki, bal yarmarkasına ziyarətin təşkilində əsas məqsəd yerli arıçılıq məhsullarını tanıtmaq və ölkəmizin bu sahədəki potensialını nümayiş etdirməkdir.

Diplomatlar ölkəmizin müxtəlif regionlarından gəlmiş arıçılarla söhbət edib, arıçılıq məhsullarının dadına baxıblar. Həmçinin onlara ölkəmizdə arıçılığın tarixi, inkişaf istiqamətləri və bu sahədə həyata keçirilən layihələr barədə məlumat verilib.

Xatırladaq ki, arıçılıq məhsullarının 20-ci respublika sərgi-satış yarmarkası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC və Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilir.

Nərimanov rayonunun Fətəli xan Xoyski prospekti, 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisi) təşkil olunan yarmarka oktyabrın 18-dək davam edəcək.

Yarmarkaya 37 rayondan 321 arıçı qatılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.