REGİONLAR


Diplomatik nümayəndəliklərin mətbuat məsələləri üzrə cavabdeh şəxslərinin və xarici jurnalistlərin Şuşaya səfəri başlayıb

Şuşa, 8 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin mətbuat məsələləri üzrə cavabdeh şəxslərinin və xarici jurnalistlərin Şuşa şəhərinə səfəri başlayıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfər çərçivəsində diplomatik nümayəndəliklərin mətbuat məsələləri üzrə cavabdeh şəxslərinin və xarici jurnalistlərin Şuşa qala divarlarını, Xan qızı bağını, Üzeyir Hacıbəylinin heykəlini, Xurşidbanu Natəvanın evini, Xan qızı bulağını, Şuşa Bəyannaməsinin imzalandığı, Ü.Hacıbəylinin, X.Natəvanın və Bülbülün güllələnmiş büstlərinin olduğu mərkəzi meydanı, Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa məscidlərini, M.P.Vaqifin büstünü və məqbərəsini, Bülbülün ev muzeyini, Qazançı kilsəsini, Cıdır düzünü və digər tarixi məkanları ziyarət etməsi nəzərdə tutulur. Qonaqlar Şuşada aparılan yenidənqurma işləri ilə də tanış olacaqlar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.