ELM VƏ TƏHSİL


Diplomatik xidmətə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçiriləcək

Bakı, 3 dekabr, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) Xarici İşlər Nazirliyi ilə birgə diplomatik xidmətə qəbul olmaq istəyən namizədlər üçün 2022-ci il yanvarın 23-də test imtahanı keçirəcək.

DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı Mərkəzin internet portalında dekabrın 23-ü saat 10:00-dan 2022-ci il yanvarın 12-si saat 18:00-dək həyata keçiriləcək. Qeydiyyat xidməti göstərilən tarixlərdə aktiv olacaq.

Qeyd edək ki, DİM tərəfindən dekabrın 26-da xidmətə qəbul olmaq istəyən namizədlər üçün sınaq imtahanı da keçiriləcək. Namizədlərin sınaq imtahanı üçün qeydiyyatı DİM-in internet portalında dekabrın 8-i saat 10:00-dan dekabrın 19-u saat 18:00-dək həyata keçiriləcək. Sınaq imtahanı üçün qeydiyyat xidməti göstərilən tarixlərdə aktiv olacaq.

Namizədlər DİM-in saytında qeyd olunan link vasitəsilə qəbul qaydaları və müsabiqə şərtləri ilə tanış ola bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.