SİYASƏT


Diplomatiya və hərb cəbhəsində qazanılan uğurlar məhz Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü fəaliyyətin nəticəsidir

Bakı, 13 oktyabr, Səadət Hakıyeva, AZƏRTAC

Sentyabrın 27-də Ermənistanın növbəti təxribatı nəticəsində bərpa olunan hərbi əməliyyatlar dövründə Prezident İlham Əliyev dünyanın nüfuzlu televiziya kanallarına verdiyi müsahibələrində Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, səbəbləri, hazırkı vəziyyəti haqda məlumatları dünya ictimaiyyətinin diqqətinə çatdırır. Azərbaycanın milli maraqlarından və haqlı mövqeyini çıxış edən dövlətimizin başçısı tarixi, hüquqi, siyasi amilləri önə çəkir. Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci Sessiyası da daxil olmaqla, beynəlxalq platformalarda tutarlı faktlarla çıxışları Ermənistanın məkrli niyyətini puça çıxardı. İşğalçı ölkənin lobbisinə və xaricdəki havadarlarına arxalanaraq özü üçün yenidən münbit informasiya mühiti yarada biləcəyi ilə bağlı xülyasını iflasa uğratdı. Bir sözlə, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bütün müstəvilərdə - diplomatiya, hərbi və informasiya sahələrində erməni lobbisini və Ermənistanın havadarlarını məğlub etməkdə və uğurlar qazanmaqdadır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Hüseynova bildirib.

Ermənilərin təbliğat maşınına zərbə vurulması prosesinin əsasının illər əvvəl qoyulduğunu qeyd edən deputat deyib: “Azərbaycan Prezidenti İlham Əliyev “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə görüşündə və digər platformalarda tarixi faktlara əsaslanan məntiqi çıxışları ilə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Bu həqiqətləri hüquqi, tarixi faktlarla çatdırmaq yüksək diplomatik məharət tələb edir. Dövlətimizin başçısı ermənilərin faşist mahiyyətini, yalanlarını ifşa edərək, onları mat vəziyyətinə qoyub. Bu gün diplomatiya cəbhəsində əldə etdiyimiz uğurlar məhz Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü fəaliyyətin nəticəsidir”.

Sevinc Hüseynova diqqətə çatdırıb ki, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında olduğunu Aprel döyüşlərində, Tovuz təxribatında və ən nəhayət, sentyabrın 27-də düşmənin təxribatlarına əks-hücum əməliyyatlarında göstərdi: “Biz həm diplomatiya, həm də hərbi sahədə güclü olduğumuzu sübut etdik. Ordumuz Cənubi Qafqazda ən güclü ordudur. Aparılan düzgün siyasətin nəticəsidir ki, bütün sahələrdə nailiyyətlərimiz var. Dünyanın demək olar ki, hər yerində fəaliyyət göstərən Azərbaycan mədəniyyət mərkəzləri, diaspor təşkilatları həqiqətlərimizin dünyaya çatdırılmasına xidmət edir.

Azərbaycan Prezidenti düşmən ölkənin ölkəmizə qarşı yeni işğal planları qurduğunu faktlarla sübuta yetirdi və bunu bütün dünyaya bildirdi. Dövlətimizin başçısı dediyi kimi, Azərbaycan güzəştə getməyəcək və öz ərazi bütövlüyü uğrunda sonadək mübarizə aparacaq. Qarabağ Azərbaycandır!”, - deyə deputat bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.