SİYASƏT


Diplomatlar III Yay Düşərgəsində diaspor gənclərinin xalq diplomatiyasında rolundan danışıblar

Bakı, 5 avqust, AZƏRTAC

Diaspor Gənclərinin Şuşada keçirilən III Yay Düşərgəsi çərçivəsində “Xalq diplomatiyasında və lobbi fəaliyyətinin qurulmasında diaspor gənclərinin rolu” mövzusunda panel iclası keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyovun moderatorluğu ilə aparılan panel iclasında Azərbaycanın Baş naziri, xarici işlər naziri və müxtəlif ölkələrdəki səfiri vəzifələrində çalışmış dövlət xadimi Həsən Həsənov, ölkəmizin Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev, Avropa Şurası yanında daimi nümayəndəmiz Fəxrəddin İsmayılov və Xarici İşlər Nazirliyinin Beynəlxalq təhlükəsizlik idarəsinin rəisi Yalçın Rəfiyev çıxış ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, xalq diplomatının malik ola biləcəyi cəhətlərə diqqəti cəlb edən məruzəçilər xaricdə yaşayan azərbaycanlı gənclərin siyasi və diplomatik biliklərə, Azərbaycanın tarixi və xalqımızın milli-mənəvi dəyərləri barədə geniş məlumata malik olmasının vacibliyindən danışıblar.

“Əgər siz yaşadığınız cəmiyyətlərdə Azərbaycanı təmsil etmək istəyirsinizsə, mütləq bu bilikləri mənimsəməlisiniz. Həmin biliklərə yiyələnməyin bir yolu da belə layihələrin təşkilindən keçir”, - deyə Həsən Həsənov bildirib.

Səfir Vilayət Quliyev qeyd edib ki, Azərbaycanın keyfiyyətcə yeni diasporu yaranır. Bu baxımdan, diaspor nümayəndələrinin həm yaşadıqları ölkənin, həm də Azərbaycan dilini bilmələri vacibdir. Daha geniş əlaqələrə malik olduqları halda onlar həm o cəmiyyətə, həm də Azərbaycana faydalı olacaqlar.

Avropa Şurası yanında daimi nümayəndə Fəxrəddin İsmayılov diaspor gənclərini ünsiyyət bacarıqlarını artırmağa çağırıb.

Xarici İşlər Nazirliyinin Beynəlxalq təhlükəsizlik idarəsinin rəisi Yalçın Rəfiyev isə Azərbaycanın multikultural və tolerant ölkə olmasının diaspor təşkilatlarının ölkəmizi təbliğ etməsi üçün əlavə üstünlük olduğunu vurğulayıb.

Panel iclası qarşılıqlı fikir mübadiləsi ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.