ELM VƏ TƏHSİL


Direktor olmaq istəyən namizədlərin elektron ərizələrinin yoxlanılması yekunlaşıb

Bakı, 17 fevral, AZƏRTAC

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə iştirak etmək istəyən namizədlərin elektron ərizələrinin yoxlanılması başa çatıb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müsabiqədə iştirak etmək üçün 4 min 992 namizəd elektron qeydiyyatdan keçib. Onlardan 3 min 270 namizəd test imtahanı mərhələsində iştirak hüququ qazanıb.

Müsabiqə dörd mərhələdən (elektron sənəd qəbulu, test imtahanı, müsahibə və vakansiyalara yerləşdirilmə) ibarətdir. Yaxın günlərdə test imtahanı mərhələsinin keçiriləcəyi tarix barədə məlumat veriləcək. Test imtahanı mərhələsində namizədlərə əmək, təhsil qanunvericiliyi və məntiq üzrə 60 test tapşırığı təqdim olunacaq. Test imtahanı zamanı toplanılan bal yalnız müsahibə mərhələsində iştirak üçün keçərlidir. Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə keçid balı namizədlərin test imtahanında göstərdiyi nəticələr və vakansiyaların sayı nəzərə alınmaqla müəyyən edilir.

Fevralın 19-da direktorların işə qəbulu üzrə ilk onlayn sınaq imtahanı keçiriləcək. Sınaq imtahanında direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə elektron qeydiyyatdan keçmiş şəxslər iştirak edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.