ELM VƏ TƏHSİL


Direktor vəzifəsinə işə qəbul üzrə qeydiyyat davam edir

Bakı, 8 noyabr, AZƏRTAC

Direktor vəzifəsinə işə qəbul üzrə noyabrın 5-dən başlayan qeydiyyat davam edir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, dövlət ümumtəhsil müəssisələrinə direktorların işə qəbulu mərkəzləşdirilmiş qaydada miq.edu.az saytında elektron qeydiyyatdan keçməklə müsabiqə yolu ilə təşkil olunur.

Müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir.

Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsilli, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji staja malik və hazırda ümumtəhsil müəssisələrində çalışan şəxslər iştirak edə bilərlər.

Məktəb direktorlarının işə qəbulu ilə bağlı müsabiqəyə ölkə üzrə 700-ə yaxın vakant yerin çıxarılması nəzərdə tutulur.

Elektron sənəd qəbulu noyabrın 9-da başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.