ELM VƏ TƏHSİL


“Direktorlar klubu” çərçivəsində “Məsləhətli saat” proqramının növbəti buraxılışı yayımlanacaq

Bakı, 7 iyun, AZƏRTAC

İyunun 8-i saat 19:00-da “Direktorlar klubu” çərçivəsində “Məsləhətli saat” proqramının növbəti buraxılışı yayımlanacaq.

“T-Network”dan AZƏRTAC-a bildirilib ki, budəfəki proqramda Türkiyə Təhsil Dərnəyinin icraçı direktorunun müavini Şule Akalın ilə Türkiyə təcrübəsində məktəbdaxili monitorinq barədə danışılacaq.

Xatırladaq ki, proqram hər həftənin çərşənbə axşamı “T-Network”un feysbuk səhifəsi üzərindən Təhsil Nazirliyi yanında İctimai şuranın üzvü, Əməkdar müəllim Asif Cahangirovun təqdimatında yayımlanır.

“Direktorlar klubu” Təhsil Nazirliyinin dəstəyi, “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platforması, Təhsil İdarəçiləri Assosiasiyasının təşkilatçılığı və “Kapital Bankın” baş sponsorluğu ilə yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.