ELM VƏ TƏHSİL
“Direktorlar klubu” çərçivəsində “Məsləhətli saat” proqramının növbəti buraxılışı yayımlanacaq
Bakı, 26 iyul, AZƏRTAC
İyulun 27-si saat 16:00-da “Direktorlar klubu” çərçivəsində davam edən “Məsləhətli saat” proqramının növbəti buraxılışı yayımlanacaq.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, budəfəki proqramda Quba rayon Təhsil şöbəsinin müdiri Rüfət Hacıyev ilə “Yerli təhsil şöbəsi: məktəb direktorlarının uğurlu fəaliyyətinin təminatçısı” barədə danışılacaq.
Xatırladaq ki, proqram hər həftənin çərşənbə axşamı “T-Network”un feysbuk səhifəsi üzərindən Təhsil Nazirliyi yanında İctimai şuranın üzvü, Əməkdar müəllim Asif Cahangirovun təqdimatında yayımlanır.
“Direktorlar klubu” Təhsil Nazirliyinin dəstəyi, “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platforması, Təhsil İdarəçiləri Assosiasiyasının təşkilatçılığı və “Kapital Bankın” baş sponsorluğu ilə yaradılıb.