REGİONLAR


Diri heyvanların satışı aparılan bazarlarda dezinfeksiya aparılıb

Bakı, 20 avqust, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti tərəfindən ölkə ərazisində epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması məqsədi ilə rayonların icra hakimiyyəti başçılarına müraciət ünvanlanıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, müraciətlə əlaqədar Şamaxı, Balakən və Göygöl rayonlarında yerləşən diri heyvanların satışı aparılan bazarlarda dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirləri həyata keçirilib.

Kənd təsərrüfatı heyvanları saxlanılan, bəslənilən və satışı aparılan obyektlərdə zərərli mikroorqanizmlərin məhv edilməsi təsərrüfatların mühafizəsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu tədbirlər müqavilə əsasında həyata keçirilir və satışa çıxarılan heyvanların sağlamlığının qorunmasına xidmət edir.

Obyekt sahibləri tərəfindən diri heyvan satışı aparılan bazarlarda mexaniki təmizlik aparıldıqdan sonra profilaktik dezinfeksiya işləri həyata keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.