REGİONLAR


Dirijor Cavad Tağızadə: Festivallar gənc musiqiçilər üçün böyük təcrübə, məktəbdir

Qəbələ, 2 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Qəbələ Musiqi Festivalında ilk vaxtdan, yəni keçirilməyə başlandığı 2009-cu ildən iştirak edirəm. Ayrı-ayrı illərdə keçirilən festivallarda müxtəlif kollektivlərlə çıxış etmişəm. Builki festivala isə Bakı Kamera Orkestri ilə qatılıram. Qəbələ festivalı gənc musiqiçilər üçün böyük təcrübə, məktəbdir. Festivalda çıxış etmək onları həvəsləndirir, ruhlandırır.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində XII Qəbələ Musiqi Festivalının iştirakçısı, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Kamera Orkestrinin dirijoru Cavad Tağızadə deyib.

Festivallarda iştirak etməyin gənc musiqiçilərə öz yaradıcılıqlarını inkişaf etdirmək üçün çox böyük stimul verdiyini vurğulayan istedadlı gənc dirijor deyib: “Belə festivallar gəncləri musiqi dünyasına təqdim edir, tamaşaçılara tanıdır. Böyük səhnədə çıxış etmək, tamaşaçılar qarşısına çıxmaq o qədər də asan deyil. Gənc musiqiçilər məhz belə festivallarda təcrübə toplayır, tamaşaçı sevgisi qazanırlar. Festivallar gənc musiqiçilərin peşəkarlıq səviyyəsinin artmasına çox yaxşı təsir göstərir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.