CƏMİYYƏT


Dirrikdə narkotik tərkibli bitkilər becərən Balakən sakini saxlanılıb

Bakı, 3 iyun, AZƏRTAC

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat tədbirlərini davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunda AZƏRTAC-a bildiriblər ki, rayonun Mahamalar kənd sakini, 44 yaşlı Abdulla Babayev polis əməkdaşlarının keçirdikləri növbəti əməliyyat–axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilib. Həyətyanı sahədə digər bitkilərin arasında xüsusi aqrotexniki qaydada qulluq göstərməklə yetişdirdiyi 8 və kökündən çıxararaq kənara atdığı 29 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.

Faktla bağlı təhqiqat aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.