ELM VƏ TƏHSİL


Dissertasiyaların nəticələrinin dərc olunması üçün dövri elmi nəşrlərin siyahısı təqdim edilib

Bakı, 13 fevral, AZƏRTAC 

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) rəsmi veb-saytında 2020-ci ildə AAK tərəfindən dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısı təqdim olunub.

Azərbaycan Milli Elmlər Akademiyasından AZƏRTAC-a bildirilib ki, siyahıda riyaziyyat və mexanika, fizika və astronomiya, kimya, texnika, Yer və coğrafiya, tibb və əczaçılıq, biologiya və aqrar, iqtisad, hüquq, fəlsəfə və sosiologiya, siyasi, psixologiya, tarix və antropologiya, filologiya, pedaqogika, eləcə də sənətşünaslıq və memarlıq elmləri üzrə tövsiyə edilən jurnalların siyahısına nəzər yetirmək mümkündür.

Jurnalların tam siyahısı ilə aak.gov.az saytında tanış olmaq mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.