ELM VƏ TƏHSİL


Dissertasiyanı ingilis dilində yazan iddiaçılar xarici dil imtahanından azad edilirlər

Dissertasiyanı ingilis dilində yazan iddiaçılar xarici dil imtahanından azad edilirlər

Bakı, 8 dekabr, AZƏRTAC

“Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli Fərmanına 2022-ci il noyabrın 26-da edilmiş dəyişikliyə əsasən dissertasiyanı Azərbaycan və ya rus dillərində yazan və müdafiə edən iddiaçılar ingilis, alman və ya fransız dillərindən birini xarici dil kimi seçərək imtahan verirlər. Yeni qaydalara əsasən, dissertasiyanı ingilis dilində yazan və müdafiə edən iddiaçılar xarici dil imtahanından azad edilirlər.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, həmçinin dissertasiya işini ingilis dilində yazan və müdafiə edən əcnəbi vətəndaşlar Azərbaycan dili imtahanından azad edilirlər. Bunun əksinə olaraq, dissertasiyanı Azərbaycan dilində yazan və müdafiə edən əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar isə Azərbaycan dilindən imtahan verirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.