ELM VƏ TƏHSİL


Distant təhsilə keçirilən siniflərin sayı 11-ə çatıb

Bakı, 25 sentyabr, AZƏRTAC

Ümumi təhsil müəssisələrində COVID-19 virusuna yoluxma halları ilə bağlı bugünkü məlumat açıqlanıb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, sentyabrın 25-də 86 şagirdin, 3 nəfər işçi heyətin bədən hərarəti 37 dərəcədən yuxarı olub. 13 şagird, 7 nəfər işçi heyət isə koronavirusa yoluxub. Virusa yoluxma hallarına görə 2 sinifdə tədris distant formaya keçirilib. Bununla da distant təhsilə keçirilən siniflərin sayı 11-ə çatıb.

Xatırladaq ki, respublika üzrə 1 məktəb - Quba rayonu Qamqam kənd orta məktəbi 8 müəllimin virusa yoluxması səbəbindən təhsilin distant formasına keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.