Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Distant təhsilin üstünlükləri

Bakı, 12 noyabr, AZƏRTAC

2020-ci ilin fevralından ölkəmizdə koronavirus (COVID -19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə dövlət tərəfindən bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilib. Dövlətimiz virusa qarşı səmərəli, qabaqlayıcı tədbirlərin həyata keçirilməsi sahəsində həm dünyada mövcud olan ən qabaqlayıcı təcrübələrdən istifadə edib, həm də öz nümunəvi təcrübəsini yaradıb. Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə martın 3-dən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı və Təhsil Nazirliyinin müvafiq əmri ilə ölkənin bütün təhsil müəssisələrində təlim və tədris prosesi dayandırılıb. Eyni zamanda, şagirdlərin təhsildən kənar qalmaması üçün Təhsil Nazirliyi tərəfindən distant təhsilin tətbiqinə başlanılıb. İlk olaraq martın 11-dən “Mədəniyyət” telekanalında “Teledərslər” layihəsinə start verilib. Pandemiya dövründə teledərslər məktəbəhazırlıq qrupları da daxil olmaqla I-XI siniflərdə tədris olunan fənlər üzrə məzmun standartlarının çatdırılmasında şagirdlərə ən yaxın bələdçi olub. Bununla yanaşı, 2020-ci il aprelin 2-dən Təhsil Nazirliyi tərəfindən “Virtual məktəb” layihəsinin tətbiqinə başlanılıb. Layihə “Microsoft Teams” proqramı üzərindən fəaliyyət göstərir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakıdakı 120 nömrəli tam orta məktəbin direktoru Kamran İsalı söyləyib. O bildirib ki, 120 nömrəli məktəbin pedaqoji kollektivi də distant dərslərin təşkili məqsədilə “Virtual məktəb” layihəsinə fəal qoşulmaq üçün şagird və valideynlərlə bir sıra tədbirlər həyata keçirib. Pandemiya dövründə istər telefon, istər digər sosial proqramlar vasitəsilə şagird və valideynlər layihə ilə tanış edilib. Layihə ilk dəfə tətbiq olunduğu üçün məktəb tərəfindən valideyn və şagirdlərlə davamlı maarifləndirmə işləri aparılıb, ehtiyac yarandıqda müvafiq texniki kömək göstərilib. “Virtual məktəb” layihəsinin tətbiqi həm pandemiya dövründə şagirdlərin təhsildən kənar qalmamasına, həm də distant təhsilin ölkəmizdə əhatə dairəsinin genişlənməsi ilə bu istiqamətdə istər pedaqoji kadrların, istərsə də gənc nəslin məsafədən öyrətmə və öyrənmə təcrübəsinin formalaşdırmasına xidmət edir. Belə ki, layihə ölkəmizdə şagirdlərin mütləq əksəriyyətinin, eyni zamanda, müəllimlərin internet resurslarından daha geniş miqyasda istifadə etməsinə zəmin yaratmış oldu. Buna nümunə olaraq qeyd edə bilərik ki, artıq fəaliyyət göstərdiyimiz 120 nömrəli məktəbdə şagird və müəllim heyətinin yüz faizi “Virtual məktəb” platformasında qeydiyyatdan keçərək şəxsi elektron poçt hesabı ilə təmin olunub. Nəticədə hazırda şagird–müəllim, şagird-şagird, müəllim-valideyn, müəllim-müəllim arasında olan kommunikasiya qənaətbəxş səviyyədədir. “Virtual məktəb” platformasında mövcud texniki imkanlardan istifadə edərək məktəb rəhbərliyi tədris olunan dərslərə nəzarəti həyata keçirə bilir. Eyni zamanda, valideyn övladının dərslərini izləyə bilir. Dərslərdə iştirakına nəzarət edə bilir. Beləliklə, sistem dərsdinləməni mümkün edərək tədrisin keyfiyyətinə birbaşa onlayn nəzarəti həyata keçirmə imkanı yaradır. Bu platformada məktəbin fəaliyyətinin tənzimlənməsi üçün vacib olan bir sıra statistik məlumatların da əldə olunması mümkündür. Məktəb olaraq hər gün dərslərə qoşula bilən şagirdlərin statistik təhlilini aparırıq. Şagirdlərin davamiyyət göstəriciləri, distant dərslərə qoşulma səviyyələri uyğun olaraq müvafiq iclaslarda müzakirə olunur.

“Virtual məktəb” platformasında distant təhsilin üstünlüklərindən biri də təhsilalanların zəruri proqram materiallarını, onlar üçün uyğun olan vaxtda və məkanda əldə edə bilmələridir. Belə ki, distant dərslər müvafiq dərs cədvəllərinə əsasən tədris olunan zaman dərsin videoyazısı qeydə alınır və elektron yaddaşda saxlanılır. Bu funksiya təhsilalanlar üçün ehtiyac yarananda ötən dərsi yenidən dinləmək və ya qoşula bilmədiyi dərslərə onun üçün uyğun vaxtda qoşularaq həmin dərsləri dinləmək imkanı yaradır.

“Platformada şagirdlərin qiymətləndirməsini həyata keçirmək və nailiyyətlərin izlənilməsi üçün də kifayət qədər imkanlar mövcuddur. Müəllimlər müvafiq funksiyalardan istifadə edərək şagirdlərə ev tapşırıqları, açıq və ya qapalı test tapşırıqları təqdim edə bilir. Bu zaman şagirdlərin nəticələrinin təhlili üçün qrafik təsvirlərdən də istifadə etmək mümkündür. Platforma üzərindən dərslərin tədrisi ilə yanaşı, məktəbin fəaliyyətinin qurulması ilə bağlı müzakirələrin reallaşdırıla bilməsi də ayrıca əhəmiyyət daşıyır. Nümunə üçün qeyd etmək olar ki, fəaliyyət göstərdiyimiz 120 nömrəli məktəbdə pedaqoji şura, valideyn iclasları və digər müşavirələr distant qaydada həyata keçirilir. Bütün bunlarla yanaşı, şagirdlərin dərsdənkənar fəaliyyətinin də distant təşkili istiqamətində işlər aparılır. Buna sinif təşkilat saatları, əlamətdar günlərin qeyd olunması kimi tədbirləri misal göstərmək olar. Bütövlükdə qeyd olunan bu fəaliyyət istiqamətləri pandemiya dövründə distant dərslərin nə qədər vacib əhəmiyyətə malik olduğunu göstərir. Eyni zamanda, distant təhsil üzrə yaranmış bu təcrübə və imkanlar təkcə pandemiya dövründə deyil, gələcəkdə də təhsil müəssisələrinin fəaliyyətinin səmərəli qurulmasına, məkan və zaman amillərinin optimal istifadəsində böyük rol oynayacaq. Yəni distant və əyani fəaliyyətin vəhdəti həm təhsilalanların həm də təhsilverənlərin fəaliyyətinə müsbət təsir göstərəcək”, - deyə məktəb direktoru bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNİB

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

Laçında ilk dəfə “Laçında peşə öyrən!” adlı yarmarka keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq VİDEO

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub