ELM VƏ TƏHSİL


Diyarbəkir Universitetinin rektoru: 20 Yanvar şəhidlərini ehtiramla anmaq müqəddəs borcumuzdur

Diyarbəkir, 21 yanvar, AZƏRTAC

Azərbaycan hər birimiz üçün qardaş və dost ölkədir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilən hərbi cinayəti şiddətlə qınayırıq. Bu qanlı hadisənin 30-cu ildönümü ilə əlaqədar Diyarbəkir Diclə Universitetində anma mərasimi təşkil etmək müqəddəs borcumuzdur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Diclə Universitetinin rektoru, professor Talip Gül ifadə edib.

Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” fikrini xatırladan rektor deyib: “20 Yanvar hadisələri Azərbaycan xalqının milli-azadlıq mücadiləsinə qarşı törədilən amansız bir cinayətdir. Həmin gün baş verənlər həm unudulmaz bir faciə, həm də qəhrəmanlıq rəmzidir. Baş verənləri xatırlamaq və xatırlatmaq mənəvi borcumuzdur. Universitetimizdə azərbaycanlı tələbələr və qardaş ölkənin Qarsdakı Baş konsulluğu ilə birlikdə keçirdiyimiz bu tədbir Azərbaycanın kədərinə şərik olmağımızın nümunəsidir. Bütün şəhidlərimizin xatirəsini ehtiramla yad edirik”.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Diyarbəkir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.