ELM VƏ TƏHSİL


Dizayn üzrə təlimlərə müraciətlər qəbul olunur

Bakı, 5 avqust, AZƏRTAC

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən informasiya texnologiyaları sahəsində qısamüddətli təlimlərə müraciətlərin qəbulu davam edir.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, “UI (User İnterface) /UX(User Experience) dizayn” üzrə təlimlər 3 ay ərzində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçiriləcək.

Təlimdə iştirak etmək üçün veb-dizayn üzrə ilkin bilikləri və marağı olan (18 yaşdan yuxarı) orta ixtisas və ya ali təhsilli şəxslər və ya hazırda təhsil alan tələbələr avqustun 10-dək müraciət edə bilərlər. Seçim mərhələlərini uğurla keçən şəxslər təlim ödənişindən azad ediləcəklər. Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikatlar təqdim ediləcək. Təlim iştirakçıları 3 ay müddətində UX və UI dizaynının əsaslarından başlayaraq nəzəri və praktiki bilik və bacarıqlar əldə edəcəklər. Təlim zamanı iştirakçılara real iş mühitində işləmək imkanı yaradılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.