CƏMİYYƏT
Dizayner işləyən şəxsin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı cinayət işi başlanıb
Bakı, 18 may, AZƏRTAC
Mayın 17-də saat 13 radələrində paytaxtın Nərimanov rayonu ərazisində Vahidli Fuad Vüqar oğlunun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat verilib.
Nərimanov Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, aparılan araşdırmalarla Ziya Bünyadov prospektində fəaliyyət göstərən dizayn studiyasında dizayner işləyən 2003-cü il təvəllüdlü Fuad Vahidlinin iş zamanı elektrik cərəyanı vurması nəticəsində aldığı xəsarətlərdən öldüyü müəyyənləşdirilib.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam etdirilir.