İQTİSADİYYAT


Dizel yanacağının istehsalı 3 faiz artıb

Bakı, 15 sentyabr, AZƏRTAC

Yanvar-avqust aylarında Azərbaycanda 1 milyon 493,2 min ton dizel yanacağı, 824,9 min ton avtomobil benzini, 161,9 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 337,4 min ton ağ neft, 42,2 min ton yanacaq mazutu, 18,1 min ton sürtkü yağları, 378,7 min ton neft bitumu və 145,2 min ton neft koksu istehsal olunub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, 8 ayda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 milyard 124,2 milyon manat olmaqla əvvəlki ilin eyni ayları ilə müqayisədə 2,2 faiz artıb.

Neft məhsullarından neft bitumunun istehsalı 2,3 dəfə, sürtkü yağlarının istehsalı 36,1 faiz, dizel yanacağının istehsalı 3 faiz, avtomobil benzininin istehsalı 0,8 faiz artıb.

Neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 12,3 faiz, neft koksunun istehsalı 13,8 faiz, ağ neftin istehsalı 16,9 faiz, yanacaq mazutunun istehsalı isə 45,1 faiz azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.