DÜNYA


Dmitri Kuleba: Rusiya ilə fevralın 24-dək olan təmas xətti müzakirə edilə bilər

Bakı, 24 iyun, AZƏRTAC

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiya ilə fevralın 24-dək mövcud olan təmas xəttinin müzakirə oluna biləcəyini istisna etməyib və Volodimir Zelenskinin Vladimir Putinlə görüş təklifinin qüvvədə qaldığını təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, bu barədə Dmitri Kuleba İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, sülhün yolu Ukrayna və Rusiya liderləri tərəfindən müzakirə edilməlidir. Nazir, həmçinin prezidentlər Volodimir Zelenski və Vladimir Putin arasında görüş təklifinin qüvvədə olduğunu bildirib.

Ukraynalıların ölkənin ərazi bütövlüyünü qorumağa davam edəcəklərini vurğulayan Dimitri Kuleba, eyni zamanda Rusiyanın güc baxımından üstün olduğunu və Qərbin verdiyi silahlarla hətta Donbas cəbhəsində vəziyyəti sabitləşdirməyin mümkün olmadığını etiraf edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.