Dmitri Kuleba: Ukrayna ilk yardım dalğasında 120-140 müasir tank almalıdır
AzerTAg.az

Kiyev, 31 yanvar, AZƏRTAC
Ukrayna müttəfiqlərindən ilk yardım dalğasında 120-140 müasir Qərb tankı almalıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bu gün keçirdiyi brifinqdə məlumat verib.
Nazir qeyd edib ki, hazırda tank koalisiyasının 12 üzvü var. Kuleba koalisiyada olan ölkələrin adlarını və onların əməli yardımını söyləmək hələ tezdir, çünki bəziləri hələ də öz daxili prosedurlarına uyğun olaraq qərarlar qəbul etməlidirlər.
“Yalnız qeyd edə bilərəm ki, birinci yardım dalğasında Ukrayna silahlı qüvvələri 120-dən 140-a qədər Qərb modelli müasir tanklar alacaq. Bunlar “Leopard 2”, “Challenger 2”, “M1 Abrams”dır. Biz “Leclerc”ə də ümid edirik" deyə nazir əlavə edib.
Kulebanın sözlərinə görə, Ukrayna həm tank koalisiyasının tərkibini genişləndirmək, həm də artıq elan edilmiş iştirakçılardan yardımı artırmaq üçün işlərini davam etdirir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Xəbərin mətnində orfoqrafik səhv var