DÜNYA


Dmitri Medvedev: Rusiya Finlandiya və İsveçin NATO-ya üzvlüyünə simmetrik cavab verəcək

Moskva, 28 iyul, AZƏRTAC

Rusiya Finlandiya və İsveçin NATO-ya üzvlüyü fonunda yaranan təhdidlərə simmetrik cavab verəcək.

AZƏRTAC xəbər verir ki, bu fikri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev söyləyib. Onun sözlərinə görə, Finlandiya və İsveç NATO-nun tərkibində müxtəlif mövqelər tuta bilərlər, bu onların öz işidir. Əgər bu ölkələr öz ərazilərində qırıcı silahlar yerləşdirərlərsə, Rusiyanın da cavabı simmetrik olacaq. D.Medvedev bu iki ölkənin NATO-ya üzvlüyü fonunda onlarla münasibətlərə yenidən baxılmasının vacibliyini də vurğulayıb.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.