İDMAN


Dmitri Nazarovun komandasının kubokdakı ilk rəqibi müəyyənləşib

Bakı, 28 iyul, AZƏRTAC

Futbol üzrə Almaniya kubokunda 2020/2021-ci il mövsümünün 1/32 final mərhələsinin püşkü atılıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi “Ertsgebirge” klubu ilkin mərhələdə regional liqa klubu “Vürttemberq”lə qarşılaşacaq. Bu mərhələdə diqqət çəkən digər qarşılaşma isə Rur derbisi olacaq. Püşk Dortmund “Borussiya”sı ilə “Duysburq”u üz-üzə qoyub.

Qeyd edək ki, yarışın 1/32 final mərhələsinin oyunları sentyabrın 11-14-də keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.