DÜNYA


Dmitri Peskov: Kürd silahlı birləşmələri geri çəkilməsələr, türk ordusunun texnikasının altında qalacaqlar

Moskva, 23 oktyabr, AZƏRTAC

Kürd silahlı birləşmələri geri çəkilməsələr, türk ordusunun texnikasının altında qalacaqlar.

AZƏRTAC xəbər verir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə müsahibəsində söyləyib.

O deyib ki, kürd dəstələri silahları ilə birlikdə geri çəkilməsələr, Suriya sərhədçiləri və Rusiya hərbi polisi geri çəkilməli olacaq. “Faktiki olaraq, qalan kürd dəstələri türk ordusunun texnikasının altında qalacaq”, - deyə D.Peskov bildirib.

Xatırladaq ki, oktyabrın 22-də Soçidə Rusiya və Türkiyə arasında kürdlərin Suriyadakı “xalq özünümüdafiə qüvvələri”nin Türkiyə sərhədindəki 30 kilometrlik zonadan geri çəkilməsinə imkan yaradılması barədə razılıq əldə olunub.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.