DÜNYA


Dmitri Peskov: Novosibirskdə Stalinin heykəlinin qoyulması yerli hakimiyyətin müstəsna hüququdur

Bakı, 8 may, AZƏRTAC

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Novosibirsk şəhərində İosif Stalinin abidəsinin ucaldılmasına münasibət bildirib.

AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, mətbuat katibi Novosibirskdə Stalinin heykəlinin qoyulmasının yerli hakimiyyətin müstəsna hüququ olduğunu deyib. D.Peskov jurnalistlərə məsləhət görüb ki, bu sualı həmin şəhərin rəhbərliyinə ünvanlasınlar.

Adı SSRİ və dünya tarixinə tiran və kütləvi repressiyaların müəllifi kimi düşmüş İosif Stalinin abidəsi Rusiya Kommunist Partiyasının Novosibirsk vilayət komitəsi binasının qarşısında qoyulub. Heykəlin açılışı mərasimi isə mayın 9-da – Qələbə Günü keçiriləcək. Şəhər ictimaiyyətinin bu abidənin ucaldılmasına qarşı etiraz etməməsi də diqqəti çəkən məqamlardan biridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.