DÜNYA


Dmitri Peskov: Rusiya Ukrayna böhranını öz şərtləri əsasında diplomatik yolla həll etməyə hazırdır

Moskva, 3 avqust, AZƏRTAC

Rusiya Ukrayna böhranını öz şərtləri əsasında diplomatik yolla həll etmək istəyir.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, rəsmi Moskvanın şərtləri İstanbul görüşündə Rusiya və Ukrayna nümayəndə heyətləri tərəfindən razılaşdırılıb. O, həmçinin ötən həftə Moskvaya səfər etmiş Almaniyanın sabiq kansleri Gerhard Şröderin bu məsələdə vasitəçilik rolunu təkzib edib və deyib ki, Şröder özü də belə bir təklif irəli sürməyib.

D.Peskov Şröderin Moskva səfəri zamanı Prezident Vladimir Putinlə görüşdüyünü və energetika sahəsində məsələləri müzakirə etdiyini də təsdiqləyib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.