DÜNYA


Dmitri Peskov: Silahı yerə qoyanlar “Azovstal” zavodundan çıxa bilərlər

Bakı, 13 may, AZƏRTAC

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ukraynalı hərbçilərin silahlarını yerə qoyacaqları təqdirdə “Azovstal” zavodunun ərazisini tərk etmələrinin mümkün olduğunu deyib.

AZƏRTAC Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə Dmitri Peskov jurnalistlərin suallarına cavab verərkən bildirib.

“Artıq mülki şəxslər zavodun ərazisini tərk edib. Hərbçilər isə silahı yerə qoyaraq çıxa bilərlər. Onlarla müvafiq şəkildə davranılacaq və bütün yaralılara lazımi tibbi yardım göstəriləcək. Bu, prezidentimizin əmridir və biz onun dediklərindən çıxış edirik”, - Dmitri Peskov belə deyib.

Ukrinform agentliyinin yaydığı xəbərə görə, Mariupol şəhərindəki “Azovstal” metallurgiya zavodunun ərazisində dərman yoxluğu səbəbindən lazımi tibbi yardım ala bilməyən 600-ə yaxın yaralı ukraynalı hərbçi var. Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası məsələləri üzrə naziri İrina Vereşukun sözlərinə görə, hazırda zavodun blokadasının hərbi yolla aradan qaldırılması mümkün deyil. O, həmçinin ukraynalı hərbçilərin təslim olmaq barədə düşünmədiyini, Moskvanın isə əsirlərin standart dəyişdirilməsi proseduru ilə razılaşmadığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.