DÜNYA


Dmitri Peskov: Vladimir Putinin Vladimir Zelenski ilə əməkdaşlığından danışmaq hələ tezdir

Moskva, 22 aprel, AZƏRTAC

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putinin Ukraynanın yeni seçilmiş Prezidentini təbrik etməsindən və əməkdaşlıqdan danışmaq hələ tezdir.

AZƏRTAC xəbər verir ki, Dmitri Peskovun sözlərinə görə, Prezident Vladimir Putinin Ukraynanın yeni seçilmiş Prezidentini təbrik etməsindən və onunla birgə işləyib-işləməyəcəyindən danışmaq tezdir. D.Peskovun sözlərinə görə, Rusiya dövlət başçısının yeni seçilmiş Prezident Vladimir Zelenski ilə birgə işləyib-işləməyəcəyi sonuncunun konkret işlərindən və konkret addımlarından asılıdır.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.