Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Dmitri Savelyev: 2020-ci ildə Azərbaycan rusiyalıları təəccübləndirə bilər

Dmitri Savelyev: 2020-ci ildə Azərbaycan rusiyalıları təəccübləndirə bilər

Moskva, 26 dekabr, AZƏRTAC

Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Dövlət Dumasının deputatı Dmitri Savelyev AZƏRTAC-a müsahibəsində Rusiya ilə Azərbaycan arasında mədəni əməkdaşlıqdan danışıb.

-Dmitri İvanoviç, 2018-ci ildə Rusiya və Azərbaycan arasında humanitar əməkdaşlığın səviyyəsini necə qiymətləndirirsiniz?

-Rusiya ilə Azərbaycan arasında mədəni əlaqələr iqtisadi əməkdaşlığımızın getdikcə artan səviyyəsi fonunda inkişaf edir. Birgə layihələrin sayı artır, turist axını güclənir: bizim vətəndaşlarımız Azərbaycana həvəslə səyahət edir və oradan bu ölkəyə vurğunluq hissi ilə qayıdırlar. Müvafiq olaraq, Rusiyada daha çox insan Azərbaycanın mədəniyyəti, adət-ənənələri, klassik və müasir incəsənəti, dili ilə maraqlanır. Ona görə də Rusiyada sərgilər, konsertlər, mədəniyyət və milli mətbəx bayramları daha tez-tez və böyük uğurla keçirilir. Əlbəttə, birgə layihələr üzərində işləyən Rusiya və Azərbaycanın teatrları və muzeyləri arasında əməkdaşlıq da inkişaf edir.

-Yola saldığımız ildə Rusiya və Azərbaycanın iştirakı ilə hansı mədəni hadisə şəxsən sizdə daha böyük təəssürat yaradıb?

-Bilirsiniz, onların hər biri tamamilə unikaldır. Onlar ülvi duyğular, yaxşı əhval-ruhiyyə, yeni məlumatlar bəxş edirlər. Yuxarıda “Yeddi gözəl” sərgisini qeyd etdim. Bu, tamaşaçını Azərbaycan incəsənətinin bütün növlərinin dərinliklərinə aparan, həmçinin poeziya, xalçaçılıq, zərgərlik, XI əsrin Təbriz miniatürləri, bu il Rusiya və Azərbaycanda yubileyini qeyd etdiyimiz Qara Qarayevin yaratdığı XX əsrin böyük balet sənəti və s. ilə tanış edən mükəmməl layihədir. Lakin qorxuram ki, bu il ölkəmizdə keçirilən bütün tədbirləri sadalamağa vaxtımız çatmasın. Burada bir vacib məqamı qeyd etmək istəyirəm: əlbəttə, Rusiya və Azərbaycan arasında mədəni əlaqələrin qorunub saxlanılması və inkişafında əsas rolu rus dili oynayır. Azərbaycanda rus dilinə münasibət Prezident Heydər Əliyevin yüksək nüfuzu sayəsində formalaşıb. O, rus dili və ədəbiyyatını Azərbaycanın çoxşaxəli mədəni irsinin tərkib hissələrindən biri kimi görürdü. Rus dilində təhsil inkişaf etməkdə davam edir və bunun sayəsində biz bir-birimizə daha da yaxınlaşmaq imkanı əldə edirik. Bu gün Rusiya və Azərbaycan bu imkanlardan çox səmərəli istifadə edirlər.

-2020-ci ildə Azərbaycan Sankt-Peterburq Mədəniyyət Forumunun qonağı olacaq. Bu tədbir ölkələrimiz arasında humanitar əlaqələrin inkişafı baxımından nə dərəcədə əhəmiyyətlidir və Siz ondan nə gözləyirsiniz?

-Şübhəsiz ki, bu, çox mühüm hadisədir və Rusiya ilə Azərbaycan arasında dostluq münasibətlərinin inkişafında daha bir qanunauyğun addım olacaq. Əlbəttə, burada dövlətlərimizin başçılarının xüsusi rolu var: Vladimir Putin və İlham Əliyev arasında çox gözəl münasibətlər mövcuddur, onlar başa düşürlər ki, məhz humanitar əlaqələr xalqların bir-birini tanımasına, bizi birləşdirən xüsusiyyətlərin üzə çıxmasına kömək edir. İncəsənətin dili bu vəhdətin təcəssümüdür, çünki o, universal, hamının anladığı bir ünsiyyət vasitəsidir, axı Rusiya və Azərbaycan çoxəsrlik müştərək tarixə, ortaq köklərə və dəyərlərə malik olan ölkələrdir. Ona görə də iki ildən sonra Azərbaycanın özünün mədəniyyət nümunələrini - ən yaxşı tamaşaları, muzey eksponatlarını, musiqisini və s. Rusiyada nümayiş etdirməsi çox mühüm hadisədir və onun dəyərini lazımınca qiymətləndirmək çətindir. Əminəm ki, bu hadisə uzun müddət yaddaşlarda qalacaq: Azərbaycan müsbət mənada təəccübləndirməyi bacaran ölkə kimi tanınır. “Eurovision”, Birinci Avropa Oyunları, qısa bir vaxtda dünyada ən mühüm hadisələrdən birinə çevrilən Bakı Beynəlxalq Humanitar Forumunu xatırlayaq. Azərbaycan tədbirlərin yüksək təşkilatçılığı bacarığı ilə məşhurdur. Buna əlavə olaraq, bu ölkənin qeyri-adi və çox maraqlı, şərqlisayağı parlaq, özünəməxsus və heyranedici mədəniyyətini də qeyd etmək lazımdır. Yəni, təbii ki, mən respublikanın Rusiyada öz proqramını təqdim edəcəyi və bunun necə fantastik təəssürat doğuracağı vaxtı səbirsizliklə gözləyirəm.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritet olub RƏY

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir

FHN: Sumqayıtda qanunsuz tikili sökülüb VİDEO

Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır

Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb

“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

Xocavənd rayonunda fermada xeyli sayda partlayıcı maddə aşkarlanıb

Tarix Muzeyində tədbir: Molla Nəsrəddin güldürür və düşündürür

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin İdarə Heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdədir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

Premyer Liqada XXXI turun hakimləri bəlli olub

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb

XRİTDX-nin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” keçirilən tədbirdə iştirak edir

Keniyalı general helikopter qəzasında ölüb

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomiya festivalı açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

DİN: Ötən gün 5 tüfəng təhvil götürülüb

Yaşıl dünya naminə həmrəy Azərbaycan

® “AlatBay” Logistik Mərkəzi “Edge Advanced Green” sertifikatına layiq görülüb

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır VİDEO