SİYASƏT


Dmitri Savelyev: Azərbaycan Rusiyanın Qafqazda ən etibarlı tərəfdaşıdır

Bakı, 30 sentyabr, Əziz Məmmədov, AZƏRTAC 

Azərbaycan Rusiyanın Qafqazda ən etibarlı tərəfdaşıdır və özünün hərəkətləri ilə bunu sübut edir.

AZƏRTAC xəbər verir ki, bu fikri “Sputnik-Azərbaycan” multimedia mətbuat mərkəzində Azərbaycanda Avrasiya Xalqları Assambleyası Günlərinin açılışı münasibətilə keçirilən mətbuat konfransında Rusiya Dövlət Dumasının üzvü, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev səsləndirib.

Onun sözlərinə görə, Rusiya və Azərbaycan arasında münasibətlər intensiv inkişaf edir, siyasi əlaqələr güclənir: “Biz ölkələrimiz arasında münasibətlərin necə sürətlə inkişaf etdiyini görürük, əmtəə dövriyyəsi artır. Belə ki, cari ilin ilk səkkiz ayı ərzində onun həcmi 25 faiz artıb və mütəxəssislərin qənaətinə görə, artmaqda davam edəcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.