Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Dmitri Savelyev: Azərbaycan Silahlı Qüvvələrinin gücünə şübhə yoxdur

Dmitri Savelyev: Azərbaycan Silahlı Qüvvələrinin gücünə şübhə yoxdur

Moskva, 14 iyul, AZƏRTAC

Azərbaycan-Ermənistan sərhədində uzun fasilədən sonra yenidən atəş və minomyot mərmilərinin partlaması səsləri eşidilir. Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev AZƏRTAC-ın müxbiri ilə söhbətində Azərbaycan-Ermənistan münasibətlərinin sabitliyinin növbəti dəfə pozulmasının kimdən ötrü sərfəli ola bilməsi barədə öz mülahizələrini bölüşüb.

-Dmitri İvanoviç, son günlərdə Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələri siz necə qiymətləndirirsiniz?

-Aşkardır ki, baş verən hadisələrin təqsirkarı heç də Azərbaycan deyil. Azərbaycanın Ermənistanı nəyəsə təhrik etməyə ehtiyacı yox idi, suveren dövlətin ərazi bütövlüyünə qəsb edən Azərbaycan olmayıb, başqa ölkənin ərazisinin 20 faizini də o işğal etməyib. Azərbaycan öz qarşısına yalnız öz dövlət sərhədinin təhlükəsizliyinin təmin edilməsi vəzifəsini qoyur.

Qarabağ münaqişəsində beynəlxalq hüquq tamamilə Azərbaycanın tərəfindədir. Buna görə də Bakının öz əsas məqsədinə çatması – respublikanın müəyyən olunmuş sərhədləri daxilində onun ərazi bütövlüyünün bərpa edilməsinə nail olmaq üçün provokasiyaya ehtiyacı yoxdur. Azərbaycan Silahlı Qüvvələrinin gücünə şübhə yoxdur: bu yaxınlarda, mayın axırlarında keçirilmiş manevrlərdə təqribən 10 min hərbi qulluqçu, 120 tank və zirehli texnika, habelə 30 vahid ordu və cəbhə aviasiyası cəlb edilmişdi. Buna baxmayaraq, Azərbaycan rəhbərliyi 30 ilə yaxındır ki, sülh yolunun tərəfdarıdır, yalnız öz ünvanına provokasiyalara adekvat cavab verməklə kifayətlənir. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, Qarabağ münaqişəsi yalnız dinc yolla - Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.

-Sizin fikrinizcə, Azərbaycan erməni tərəfinin provokasiyasına nə dərəcədə layiqincə cavab verib?

-Azərbaycan ordusu provokasiyaya qarşı sərt cavab tədbirləri görüb. Hesab edirəm ki, erməni tərəfin “köpünü yatırmaq” üçün bu cür cavab tamamilə kifayətdir. Əlbəttə, çox kədərli haldır ki, artilleriya atəşi və bunun ardınca hərbi əməliyyatlar nəticəsində Azərbaycanın bir neçə hərbi qulluqçusu həlak olub və yaralanıb. Çox əlamətdar haldır ki, Ağdam kəndinin administrasiyasının və KİV-lərin verdiyi məlumata görə, bu kəndin kişiləri döyüş səslərini eşidəndə hərbçilərə öz köməyini təklif etmək üçün sərhədə tərəf yola düşməyə hazırlaşıblar.

-Sizin fikrinizcə, Ermənistan bu hərəkətləri ilə hansı məqsədlər güdə bilər?

-İstisna edilmir ki, Ermənistan rəhbərliyi provokasiyanın köməyi ilə ölkə daxilində sosial-iqtisadi vəziyyətdən diqqəti yayındırmağa çalışır. Bu gün Ermənistanda koronavirus pandemiyası tüğyan edir: 600-ə yaxın adam ölüb, 32 minə yaxın COVID-19-a yoluxma faktı qeydə alınıb. Nəticədə vətəndaşların yerdəyişmə imkanları məhdudlaşır, onlar işsiz qalırlar, çünki ölkədə iqtisadi fəallıq dondurulub. Sosial problemlər ölkədəki siyasi böhrana əlavə olunur, bu isə ümumi vəziyyəti olduqca kəskinləşdirir.

Yerevanın bu cür addımları onun Dağlıq Qarabağda münaqişəni sülh danışıqları yolu ilə nizamlamaq arzusu olmamasını göstərir, buna görə də məsələn, Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə Dağlıq Qarabağın erməni icmasının təyini-müqəddəratının vacibliyindən danışmağa başlayıb.

-Siz necə hesab edirsiniz, sərhəd insidenti Azərbaycan ilə Ermənistan arasında hərbi əməliyyatlar dərəcəsinə çata bilərmi?

-Güman edirəm ki, Cənubi Qafqazda gərginliyin növbəti dəfə genişlənməsini nə bu ölkələr istəyir, nə ATƏT-in Minsk qrupu, nə də dünya birliyi. Lakin vəziyyətin sabitləşməsi üçün Ermənistan bu təhlükəli provokasiya taktikasından əl çəkməlidir. Mənim fikrimcə, dünya birliyi heç şübhəsiz, beynəlxalq hüququ əsas götürərək bu təcavüz faktını pisləyəcək, çünki o, Qarabağ probleminin dinc danışıqlar yolu ilə həll edilməsinin və Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanmasının tərəfdarıdır.

Şəxsən mən əminəm ki, belə adlandırılan “Kazan formulu”nun reallaşdırılması danışıqların mərhələli şəkildə irəliləməsinin yeganə düzgün üsuludur: Ermənistan Azərbaycanın işğal edilmiş rayonlarını ona verir, cavabında Azərbaycan Ermənistanın iqtisadi blokadasını götürür, qaçqınlar Dağlıq Qarabağa qayıdır, bundan sonra mübahisəli ərazinin statusu barədə referendum keçirilir. Bu, ən ağlabatan və hüquqi yoldur, məhz bu yol seçilməlidir.

Sərhəddə baş vermiş insidentə mənim münasibətimə gəldikdə isə, mən Rusiyaya dost Azərbaycanın mövqeyinə bütünlüklə şərikəm, həlak olmuş azərbaycanlı döyüşçülərin ailələrinə dərin hüznlə başsağlığı verirəm və çox ümid edirəm ki, münaqişənin gedişində yaralananlar tezliklə sağalacaqlar.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasimi keçirilib

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Professor Kamran İmanov beynəlxalq konfransda çıxış edib

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb

Təsisçi Bakı Fransız Liseyi Təhsil Kompleksinin ləğv olunmasının səbəbini açıqlayıb

DİM sədri: Qəbul imtahanlarında tətbiq olunacaq yeniliklər azı iki il əvvəl elan edilir

Əməyin təhlükəsizliyi və gigiyenası sahəsində Türkiyə ilə təcrübə mübadiləsi aparılır

Keşlədə kustar üsullarla kütləvi saxta məhsullar hazırlayan sex aşkar edilib

Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir

Arzu Babayeva: Ağgöl Milli Parkında ceyran populyasiyası müsbət dinamika ilə inkişaf edir

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı etirazlarla bağlı ictimai dinləmələr başa çatıb

Laləli çəmənlik görmək istəyənlər, Ağgöl Milli Parkına tələsin

ETX-nin məktəblərdə kibertəhlükəsizlik mövzusunda maarifləndirilmə layihəsi davam edir

“AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub

Paytaxtda saxta alkoqollu içkilərin satışa çıxarılmasının qarşısı alınıb

Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır

Azərbaycan ilə Türkiyə muzeyləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib

“Qəbələ” israilli futbolçu ilə vidalaşıb

Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar...

Daha iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ

BMU tələbələri ev heyvanlarının məsafədən qidalanmasına imkan verən cihaz hazırlayıblar

Azərbaycanın Rumıniya ilə hazırladığı layihə NATO tərəfindən təsdiqlənib

Azərbaycanın Baş prokuroru Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti seçilib

BŞTİ: Bakı Fransız Liseyində təhsil alan uşaqların dövlət təhsil müəssisələrinə köçürülməsi təmin edilə bilər

Bakı hava limanı yenidən “Skytrax” mükafatına layiq görülüb

Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb

Ali Məhkəmə: İnzibati orqan öz praktikasını inzibati məhkəmə qərarlarının məzmununa uyğunlaşdırmağa borcludur

Azərbaycanın xarici işlər naziri Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib

MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub