Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Dmitri Savelyev: Dağlıq Qarabağ Azərbaycana rəvan şəkildə inteqrasiya olunmalıdır

Dmitri Savelyev: Dağlıq Qarabağ Azərbaycana rəvan şəkildə inteqrasiya olunmalıdır

Moskva, 25 fevral, AZƏRTAC

Tarixdə elə hadisələr var ki, onlar insanların yaddaşında sağalmaz yara kimi əbədi qalır. Xocalı şəhərinin faciəsi də belə sarsıdıcı hadisələrdəndir. Bu şəhərin sakinləri Dağlıq Qarabağda törədilmiş amansızlığın qurbanları olub.

Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyevin AZƏRTAC-ın müxbiri ilə söhbəti bu barədədir. Deputat əmin olduğunu bildirib ki, Xocalı qırğınının xatırlanması dünya birliyinə millətçiliyin və ksenofobiyanın təhlükəli nəticələri barədə ciddi xəbərdarlıq olmalıdır.

-Dmitri İvanoviç, Xocalı qırğınının törədilməsindən 29 il keçir, lakin hələ də dünyanın müxtəlif guşələrində həmin faciənin xatırlanması ilə bağlı tədbirlər keçirilir. Siz bu hadisənin belə güclü rezonans doğurmasını nə ilə izah edərdiniz?

-Mənim fikrimcə, Xocalının dinc sakinlərinə divan tutulması ötən əsrin dəhşətli faciələri – Xatın, Gernika və ya Xirosima hadisələri ilə müqayisə edilə bilər. Rəmzi haldır ki, planetin müxtəlif guşələrində insanlar onlardan uzaqda yerləşən Azərbaycanın ağrı-acısına şərik olduqlarını bildirirlər. Bu insanların hər biri başa düşür ki, əgər yeni müharibələrə rəvac vermək cəhdlərinə qarşı mübarizə aparılmasa, əgər bütün dünyada silahlı münaqişələrin qarşısı alınmasa, belə müsibətlər onların da başına gələ bilər. Milli zəmində dözümsüzlük və nifrətin necə ağır nəticələrə gətirib çıxara biləcəyini anlamaq üçün Xocalı qırğını barədə xatirəni gələcək nəsillər üçün qoruyub saxlamaq lazımdır. Etnik təmizləmələr prosesində 30 mindən çox azərbaycanlı, o cümlədən 613 Xocalı sakini həlak olub, bir milyondan çox insan öz yurdundan qovulub.

Bütün bunlara baxmayaraq, Azərbaycan həmişə multikulturalizm tərəfdarı olub, millətçiliyin təhlükəli olmasını daim insanlara xatırladıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi “Xocalıya ədalət!” beynəlxalq informasiya kampaniyasının əhəmiyyətini lazımınca qiymətləndirmək çətindir. Məhz bu informasiya kampaniyasının sayəsində dünyanın bir sıra ölkələri Xocalı hadisələrini soyqırımı kimi rəsmən tanıyıblar.

-44 günlük Vətən müharibəsi dövründə Azərbaycan ordusu üç yüzdən çox yaşayış məntəqəsini işğaldan azad edib, Azərbaycanın əzəli torpaqları öz qanuni sahibinə qaytarılıb, Qarabağ münaqişəsinin günahsız qurbanlarının qanı yerdə qalmayıb. Siz Xocalı soyqırımının beynəlxalq aləmdə tanınmasına yönəlmiş səyləri necə qiymətləndirirsiniz?

-Vaxtilə Azərbaycan Dillər Universitetinin müəllimi Yusif Savalandan eşitdiyim bir söhbət məni həqiqətən sarsıtmışdı. Onun atası Böyük Vətən müharibəsi illərində Kerç yaxınlığında almanlara əsir düşüb və cəza düşərgəsinə göndərilib. Lakin almanlar qarşılarındakı gəncin müharibəyə qədər heç vaxt əlində silah tutmamış adi kəndli olduğunu görəndə onu güllələməyiblər. Ən faciəlisi budur ki, o vaxtdan yarım əsr sonra Xocalı qırğını zamanı 83 yaşlı qoca öz evində vəhşicəsinə öldürülüb və qatillərdən heç biri ona rəhm etməyi ağlına belə gətirməyib.

Bu əhvalat sizin sualınıza ən yaxşı cavab olar. 2010-cu ildə Avropa İnsan Haqları Məhkəməsi Xocalıda mülki əhalinin qətlə yetirilməsini “müharibə cinayətlərinə və ya insanlıq əleyhinə cinayətlərə bərabər tutulan, xüsusi qəddarlıqla törədilən əməl” kimi tövsif edib. Buna baxmayaraq, Dağlıq Qarabağ münaqişəsini və Xocalı soyqırımını törədənlər öz cinayətlərinə görə məsuliyyətə cəlb edilməyib. Üstəlik, onlar Ermənistanın siyasi həyatında fəal iştirak edirlər. Ravvin İsrael Baruk “Xocalı: insanlıq əleyhinə cinayət” kitabında yazır ki, nasist hərbi canilərin, xüsusən öz cinayətlərinə görə lovğalananların beynəlxalq aləmdə qəbul olunmasını təsəvvür etmək mümkün deyil. Xocalı qırğınında təqsirkar olanlar beynəlxalq məhkəmə tərəfindən məsuliyyətə cəlb edilməli və faşistlər kimi cəzalandırılmalıdır.

Azərbaycan tarixi ədalətin planlı şəkildə bərpasına yönəlmiş siyasət yürüdür və mən inanıram ki, Qərbin səhnəarxası siyasi qüvvələri bu səylərə etinasız qala bilməyəcəklər, hərçənd Qərb Xocalıda etnik təmizləmələrlə bağlı faktlar haqqında hər vasitə ilə susmağı üstün tutur. Dünya ictimaiyyəti Azərbaycan xalqına qarşı törədilmiş cinayətləri pisləyəcək, dinc əhalini qətlə yetirənlər müttəhimlər kürsüsündə əyləşəcək və layiqli cəzalarını alacaqlar. Belə cinayətlərə iddia müddəti tətbiq edilə bilməz.

-Siz Azərbaycanın işğal edilmiş ərazilərinin gələcəyini, o cümlədən Xocalı şəhərinin gələcəyini necə təsəvvür edirsiniz?

-Azərbaycan həlak olanların xatirəsini ehtiramla yad etməklə bərabər daha irəli getməlidir, axı işğaldan sonra qaytarılmış 8000 kvadratkilometr ərazidə çox işlər görülməlidir. İşğal illərində Qarabağın şərq hissəsi səhraya çevrilib, Ağdam və ya Füzuli kimi rayon mərkəzlərindəki bütün binalar dağıdılıb. Dağlıq Qarabağın bir hissəsi erməni tərəfin nəzarəti altında qalır və oraya rusiyalı sülhməramlılar yerləşdirilib. Atəşkəs haqqında üçtərəfli Bəyanat imzalanıb, lakin gələcək sülh prosesinin bir sıra detalları hələ dəqiqləşdirilməlidir.

Bir məsələ aydındır: işğaldan azad edilmiş regionda normal həyatın bərpa edilməsi üçün Azərbaycan hələ çox iş görməlidir. Şəhərləri və kəndləri təzədən tikmək, tarixi abidələri və dağıdılmış məscidləri yenidən qurmaq, müasir avtomobil magistralları və dəmir yollar salınmalıdır. Füzulidə beynəlxalq aeroport tikintisinə başlanıb. Bu aeroportun birinci uçuş zolağı cari ilin sonuna qədər istifadəyə verilməlidir, Azərbaycanın mədəni paytaxtı Şuşada Vaqif poeziya günləri və “Xarı bülbül” festivalı keçirilməsi nəzərdə tutulur. Əminəm ki, azərbaycanlılara xas olan əməksevərlik və işğaldan azad edilmiş ərazilərin abadlaşdırılmasına yönəlmiş səylər möcüzələr törədəcək.

Məcburi köçkünlərin doğma evlərinə qayıtması məsələsinə gəldikdə isə burada mürəkkəb məqamlar çoxdur: axı, bir neçə onillik bundan əvvəl tərk edilmiş yaşayış evlərinin çoxu xarabalığa çevrilib. Buna görə qaçqınların çoxdankı arzularına çatması - Qağlıq Qarabağa qayıda bilməsi üçün şərait yaradılmalıdır. Xocalı sakini Məmməd Məmmədovun başına gələn əhvalat məni çox mütəəssir etdi. O, doğma yurdundan götürdüyü bir ovuc torpağı və bir qab suyu 28 il qoruyub saxlayıb, onları özünün yeganə fərəh mənbəyi hesab edib.

Məcburi köçkünlərin Xankəndiyə, Xocalıya və Xocavənd rayonuna qayıda bilmələri üçün Dağlıq Qarabağ rəvan şəkildə Azərbaycana inteqrasiya olunmalı, Azərbaycan və erməni icmaları arasında mehriban qonşuluq münasibətləri qaydaya salınmalıdır, ona görə ki, gələcəkdə dinc yaşamağın başqa yolu yoxdur. Xocalı isə hökmən memorial-şəhərə çevriləcək. Azərbaycan rəhbərliyinin elan etdiyi kimi orada “Xocalı soyqırımı” muzeyi açılacaq. Bu, Xocalı qurbanlarının xatirə yeri olacaq və gələcək nəsillərə bir daha xatırladacaq ki, Yer üzündə dözümsüzlüyə və millətçiliyə yol verilməməlidir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb

Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb

MEDİA-da Özbəkistan Jurnalistlər İttifaqının nümayəndə heyəti ilə görüş olub

Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Küçə mühitindəki uşaqlarla bağlı layihəyə cəlb olunmuş sosial işçilər üçün təlimlər keçirilib

“Cinayət prosesini həyata keçirən orqana çağırış vərəqələrinin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzlərin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Coğrafiyaçı alimlər məktəblilərlə görüşüb

Alimlər məktəblilərə narkomaniyanın fəsadlarından danışıblar

Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb

Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik

® “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə edib

Azərbaycan Prezidenti: Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərinin həlli üçün istifadə edilib

Füzuliyə köçənlərə ödənişsiz danışıq sim-kartları hədiyyə edilib

Azərbaycan taekvondoçusu: Ümid edirəm ki, Paris Olimpiadasında medallarımızın sayı Tokiodakından çox olacaq

Bakının daha bir prospektində velosiped yolu salınır

Azərbaycan Prezidenti: Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir

BMU-da IELTS imtahanına təşviqlə bağlı üçtərəfli müqavilə imzalanıb

Birinci rübdə neft-qaz sektoru üzrə dövlət büdcəsinə daxilolmalar proqnozu 5 faiz ötüb

Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək

Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik

Pakistan iqtisadiyyatında artım müşahidə olunur

Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 44 faiz çoxalıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin media üçün məlumatı

Prezident İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq

Bu il Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsaitin xərcləndiyi istiqamətlər açıqlanıb

BEA: Bu il elektromobil satışları 20 faizdən çox artacaq

Ağdamda əmək yarmarkası təşkil olunacaq

Rusiya Baş Prokurorluğu ölkədə təxribat və terror aktları riskinin artmasını xəbər verib

Dünyanın qəbul etdiyi Azərbaycan həqiqəti ŞƏRH

QSC əmək hüquqlarının pozulmasına görə 20 min manat cərimələnib

Prezident: COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür

Çexiyada V4 ölkələri baş qərargah rəislərinin görüşü keçirilir

Azərbaycanlı skripkaçı Canel Nəcəfli Barselonada keçirilən müsabiqədə Fəxri diploma layiq görülüb

Prezident İlham Əliyev: Ermənistan Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır

Qırğızıstanın iki vilayətində daşqınla əlaqədar fövqəladə vəziyyət elan edilib

Sumqayıt rəssamları Şuşaya səfər ediblər

Azərbaycan və Çexiya arasında COP29 çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib

Prezident İlham Əliyev: Çinlə əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də daşımalar sahəsində genişlənir

İstanbulun “Vision Art Platform”u Aida Mahmudovanın “Bir arzu gerçəkləşir” adlı yeni fərdi sərgisinə ev sahibliyi edir

Azərbaycan Prezidenti: Dünya bundan sonra uzun illər ərzində hasil edilən enerji mənbələrinə ehtiyac duyacaq

MEK Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə virtual sərgi hazırlayıb

Xətai rayonunda un məmulatlarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Prezident İlham Əliyev: COP29-a sədrliyimizə ən təxirəsalınmaz məsələlərin həllinə qlobal aləmdə töhfə vermək fürsəti kimi də baxırıq

Fərid Cəfərov: Azərbaycanın son illərdə dünyada mədəniyyətlərarası dialoqun məkanı kimi tanıdılmasının şahidi oluruq VİDEO

BAM-ın veteranı Yuri Verbitski: Bir rəhbər kimi, biz Heydər Əliyevə minnətdarıq

Ağasəlim Mircavadov: “Zirə” gümüş medallara əsas namizəddir, “Turan Tovuz” avrokuboklara hazır deyil

İsrail ordusu “Hizbullah”ın iki komandirinin öldürüldüyünü bildirib

Azərbaycan Prezidenti: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Fransadan Britaniyaya keçməyə çalışan beş miqrant həlak olub

Azərbaycan Prezidenti: COP29 üç Cənubi Qafqaz ölkəsi arasında gələcək əməkdaşlıq üçün yol açacaq

Axit Qişlakayev: Heydər Əliyev BAM inşaatçıları üçün çox iş görüb

Araşdırma: qocalıq nə vaxt başlayır?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məktəblini təltif edib

Konstitusiya Məhkəməsi Palatası iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciətinə baxılaraq, qərardad qəbul edilib

Prezident: Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır və hətta böhran vəziyyətində də dayanıqlı artım göstərdi

Məktəblilər iqlim dəyişikliyi barədə məlumatlandırılıb

COP29-la bağlı Vergi Məcəlləsinə dəyişiklik ediləcək

DİN: Astara sakinində 51 kiloqram narkotik vasitə aşkarlanıb

Günəş elektrik stansiyası üzrə ilk hərrac elan edilib