SİYASƏT


Dmitri Savelyev: Paşinyan Münxendə inandırıcı deyildi

Moskva, 17 fevral, AZƏRTAC

RF Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ münaqişəsi barədə danışarkən bu mövzunu zəif bildiyini növbəti dəfə nümayiş etdirib.

Rusiyalı deputat AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Erməni tərəfi uzun illər problemin birbaşa konstruktiv müzakirəsindən boyun qaçırıb. Münxendəki panel diskussiyası bunun səbəbini göstərdi. Rəsmi Ermənistanın birinci şəxsi Nikol Paşinyan işğal olunmuş ərazilərə öz ölkəsinin iddiasını əsaslandırmaqdan ötrü az qala çox tələsik uydurulmuş tarixi faktları səsləndirməyi özünə rəva görür və coğrafi səhvlər buraxırdı. Bununla belə, Azərbaycan Prezidenti İlham Əliyev son dərəcə əsaslı və dəqiq idi, hamıya məlum olan faktları ciddi şəkildə əsaslandırıdı, bizim eradan əvvəl guya mövcud olan presedentlərə istinad etmirdi. Erməni qanunsuz birləşmələrinin Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi, qəddarlığına görə misli görünməmiş Xocalı soyqırımını törətməsi faktdır. Ermənistan hökumətinin beynəlxalq hüququn Azərbaycan ərazilərini geri qaytarmağı tələb edən normalarını yerinə yetirməməsi faktdır. Bu da faktdır ki, Paşinyan guya Dağlıq Qarabağın müstəqilliyini müdafiə etməkdən ötrü onu erməni torpağı adlandırır. Münxendə hər kəs Ermənistan hökumətinin mövqeyinin nə qədər etibarsız, Ermənistanın rəsmi hakimiyyətinin öz iddialarında nə qədər inamsız olduğuna bir daha əmin oldu. Belə şəraitdə heç bir kompromis mümkün deyil.

Öz tərəfimdən şəxsən onu əlavə etmək istəyirəm ki, nəhayət dövlətin ərazi bütövlüyünün bərpa edilməsi üçün işğal olunmuş bütün ərazilər dərhal və hər hansı əlavə şərt olmadan Azərbaycana qaytarılmalıdır”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.