REGİONLAR


Dmitri Yablonski: Qəbələ festivalı Heydər Əliyev Fondunun çox möhtəşəm layihəsidir

Qəbələ, 6 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Qəbələ Beynəlxalq Musiqi Festivalı barədə fikirlərimi, təəssüratlarımı bir neçə cümlə ilə ifadə etmək çox çətindir. Təkcə onu qeyd edim ki, bu festival dünyada keçirilən festivallar içərisində öz yüksək təşkilatçılığı və səviyyəsi baxımından ön cərgələrdə yer alır. Ənənəvi olaraq hər il keçirilən bu festivalda dünyanın ən məşhur musiqi kollektivləri, kamera və simfonik orkestrlər, dünya şöhrətli ifaçılar, dirijorlar iştirak edirlər. Festivaldan festivala konsertlərin sayı da artır. Gün ərzində iki-üç konsert təşkil olunur. Bu festival Heydər Əliyev Fondunun ən möhtəşəm layihələrindən biridir, çox gözəl musiqi bayramıdır. Mən bu möhtəşəm musiqi layihəsini dəstəklədiyinə görə Fondun prezidenti, birinci xanım Mehriban Əliyevaya dərin təşəkkürümü bildirirəm.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində X Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri, İsrailin Yerusəlim Simfonik Orkestrinin dirijoru, dünya şöhrətli violonçel ifaçısı Dmitri Yablonski deyib.

Dirijorluq etdiyi orkestrin Qəbələ festivalında artıq ikinci dəfədir iştirak etdiyini vurğulayan musiqiçi Azərbaycan ilə İsrail arasında dostluq əlaqələrinin mədəniyyət və incəsənət sahəsində də yüksək səviyyədə olduğunu və buna çox sevindiyini bildirib.

Festivalın bədii rəhbəri deyib: “Adətən xaricdə keçirilən festivallarda biletlər çox baha olur. Lakin Qəbələ festivalında belə deyil, ona görə də bu festivalın dünyada bənzəri yoxdur. Musiqini sevən hər bir insan, Qəbələdə istirahət edən yerli və xarici qonaqlar asanlıqla gəlib konsertlərdə iştirak edə, dünyanın ən məşhur kollektivlərinin, musiqiçilərinin ifalarını dinləyə bilərlər. Qəbələ Beynəlxalq Musiqi Festivalının ən üstün cəhətlərindən biri də budur”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.