SİYASƏT


Dmitro Bulatov: Azərbaycanda gənclərin məsələlərinə böyük diqqət yetirilir

Dmitro Bulatov: Azərbaycanda gənclərin məsələlərinə böyük diqqət yetirilir

Bakı, 28 oktyabr, AZƏRTAC

Gənclər siyasətinə dair Birinci qlobal forum bütün dünyada gənclər siyasətinin inkişafı üçün çox böyük əhəmiyyət kəsb edir. Biz bu tədbirin keçirilməsində Azərbaycanın rolunu yüksək qiymətləndiririk.

AZƏRTAC xəbər verir ki, bu sözləri Ukraynanın gənclər və idman naziri Dmitro Bulatov jurnalistlərə müsahibəsində deyib. O qeyd edib ki, sürətlə inkişaf edən və göz qabağında dəyişən Azərbaycanda gənclərin məsələlərinə böyük diqqət yetirilir.

D.Bulatov deyib: “Ukraynada xeyli azərbaycanlı yaşayır və təhsil alır. Onlar ölkənin mədəni həyatında iştirak edir, yaxşı oxuyur, idman sahəsində fəallıq göstərirlər. Mənim Azərbaycan gənclərinə böyük rəğbətim var”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.