DÜNYA
Dnepr çayı məcradan çıxıb, Kiyevin sahilyanı əraziləri su altında qalıb - AZƏRTAC-ın reportajı VİDEO
Kiyev, 17 aprel, AZƏRTAC
Son vaxtlar Ukraynada intensiv yağışların yağması Dnepr çayının məcradan çıxmasına səbəb olub.
AZƏRTAC xəbər verir ki, paytaxt Kiyevdə Dnepr çayının sahilboyu ərazilərində bəzi iaşə obyektləri, restoranlar su altında qalıb. Dnepr çayının məcradan çıxması nəticəsində su təxminən 7-10 metr sahilə doğru istiqamət alıb.
Kiyev şəhər Meriyasından AZƏRTAC-ın sorğusuna cavab olaraq bildiriblər ki, Kiyevdə suyun suvarılması səviyyəsinin artması ilə əlaqədar müəyyən əraziləri su basıb və bu proses hələ də davam edəcək.
“Qoloseyev, Darnitsk, Desnyan və Dnepr rayonlarında fərdi və bağ-kottec tikintisinin müəyyən sahələri üçün daşqın riski mövcuddur. Yaz kotteclərində ərazilər qismən su altında qalıb: Bu ərazilərin sakinlərindən və su hövzələrinin yaxınlığında yaşayanlardan sinoptiklərin proqnozlarını nəzərə almaları və mümkün daşqınlara hazırlaşmaları xahiş olunur”, - deyə meriyadan bildiriblər.
AZƏRTAC-ın xüsusi müxbiri hadisə yerindən foto və videoreportajı təqdim edir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev