Dneprdə Ukrayna ordusunun hərbi qulluqçusu əsgər yoldaşlarını güllələyib
AzerTAg.az
Bakı, 27 yanvar, AZƏRTAC
Dneprdə Ukrayna Ordusunun hərbi qulluqçusu əsgər yoldaşlarına atəş açıb, nəticədə beş nəfər həlak olub, daha beş nəfər isə yaralanıb.
AZƏRTAC Ukrayna KİV-inə istinadla xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
İnsident yerli vaxtla saat 3:40-da “Yujmaş” maşınqayırma zavodunun ərazisində baş verib. “Ukrayna Milli Qvardiyasının hərbçisi 2001-ci il təvəllüdlü Ryabçuk Artemi Yuryeviç silahını təhvil verərkən “Kalaşnikov” markalı avtomatla əsgər yoldaşlarına atəş açıb və silahı ilə birlikdə qaçıb”, - deyə məlumatda bildirilir.
Dnepr polisi cinayətkarın axtarışı üzrə əməliyyatı davam etdirir.
Hərbi hissədə hadisə ilə bağlı daxili təhqiqat başlanılıb. Cinayətin motivləri hələ ki, məlum deyil.

Xəbərin mətnində orfoqrafik səhv var