SİYASƏT


Dneprdə yaşayan soydaşlarımız üçün “Açıq qapı” günü təşkil olunub

Dnepr, 11 oktyabr, AZƏRTAC

Azərbaycanın Ukraynadakı səfirliyi Dnepr şəhərində yaşayan soydaşlarımız üçün “Açıq qapı” günü keçirib.

AZƏRTAC xəbər verir ki, Dneprdə keçirilən görüşdə səfirliyin konsulu Hüseyn Mərcanov soydaşlarımızın müraciətlərini ayrı-ayrılıqda dinləyib, qaldırılan problemlər ətrafında müzakirələr aparılıb. Səyyar görüşdə bəzi məsələlər yerindəcə həll olunub.

H.Mərcanov bildirib ki, Ukraynada yaşayan soydaşlarımızın üzləşdiyi problemlərin daha səmərəli həlli üçün səfirlik ölkənin müxtəlif şəhərlərində bu cür görüşləri davam etdirəcək. Artıq vətəndaşlarla səyyar görüşlərin təşkili ənənə halına çevrilir. Bu cür görüşlərin intensiv keçirilməsinin məqsədi soydaşlarımızın problemlərini yerindəcə araşdırmaq və müvafiq qərarlar çıxarmaqdır.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Dnepr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.