İQTİSADİYYAT


“Do Cotton Group” şirkətinin rəhbəri: Azərbaycan dünyada pambıqçılıq ölkəsi kimi də tanınmağa başlayıb VİDEO

Kahramanmaraş, 3 avqust, AZƏRTAC

Azərbaycanda iqtisadiyyatın bütün sahələri kimi pambıqçılıq çox böyük sürətlə inkişaf edir. Təsadüfi deyil ki, Azərbaycan dünyada pambıqçılıq ölkəsi kimi də tanınmağa başlayıb. Azərbaycanda illik pambıq tədarükü bir milyon tona çatdırılacaq.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyədə fəaliyyət göstərən “Do Cotton Group” şirkətinin rəhbəri Mehmət Doğan bildirib.

“Do Cotton Group”nun Azərbaycandan çox həcmdə pambıq alıb Türkiyə və dünyada bazarlara çıxaran şirkətlər sırasında olduğunu diqqətə çatdıran Mehmət Doğan deyib ki, rəhbərlik etdiyi şirkətin pambıq ticarəti, tədarükü və emal texnologiyalarının hazırlanması sahəsində böyük imkanları var. Bu çərçivədə “Do Cotton Group” şirkəti Azərbaycanda növbəti pambıq təmizləmə zavodunu Ağcabədi rayonunda tikir. Tam şəkildə Türkiyə istehsalı olan texnologiya və avadanlıqlar bu ilin pambıq yığımı mövsümünə qədər təyinat məntəqəsində montaj olunacaq. İstehsal olunan texnologiya və avadanlıqlar bir sıra keyfiyyət göstəricilərinə malikdir.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Kahramanmaraş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.