MƏDƏNİYYƏT
“Doğma diyar” rəsm müsabiqəsi davam edir
Bakı, 10 noyabr, AZƏRTAC
Bakı Xətai Sənət Mərkəzində elan olunan “Doğma diyar” adlı respublika uşaq rəsm müsabiqəsi davam edir. Müsabiqə Mədəniyyət və Turizm Nazirliyi, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə uşaq və yeniyetmələr üçün nəzərdə tutulur.
Bu barədə AZƏRTAC-a sənət mərkəzinin direktoru Zahid Əvəzov məlumat verib.
Onun sözlərinə görə, müsabiqə ətraf mühitin mühafizəsi, vətənə məhəbbət hissinin aşılanması, milli adət-ənənələrin təbliği, estetik və bədii zövqün formalaşdırılması, habelə yaradıcı qabiliyyətin, obrazlı düşüncə tərzinin inkişaf etdirilməsi, istedadlı uşaq və gənclərin üzə çıxarılmasına dəstək olmaq məqsədi daşıyır. On beş yaşadək rəssamların qatıla biləcəyi müsabiqədə iştirak etmək istəyənlər sənət mərkəzinin www.xsm.az elektron ünvanına dekabrın 6-dək müraciət edə bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.03.2023 [12:26]
Rəngkarlıq Muzeyində ustad dərsi - “Özünü kəşf et”
- 30.03.2023 [10:40]
“Artım”da sərgi – “Dərman aradım dərdimə”
- 29.03.2023 [15:30]
“Azərbaycanım” adlı uşaq rəsm müsabiqəsi elan olunub
- 17.03.2023 [20:07]
Rəssamlar İttifaqında Tural Anaroğlunun ilk fərdi sərgisi açılıb
- 17.03.2023 [18:51]
Tural Anaroğlu: Sərgidə 43 rəsm əsərim nümayiş olunur
- 11.03.2023 [10:25]
“Baharın rəngləri” adlı rəsm müsabiqəsinin yekun sərgiləri açılacaq
- 10.03.2023 [14:44]
Həvəskar rəssamların təsviri sənət sərgisi açılıb
- 03.03.2023 [14:39]
Bakıda “Harmoniya” adlı qrup sərgisi açılacaq
- 03.03.2023 [13:38]