MƏDƏNİYYƏT


“Doğma diyar” rəsm müsabiqəsinin yekun sərgisi açılacaq

Bakı, 17 dekabr, AZƏRTAC

Dekabrın 19-da Bakı Xətai Sənət Mərkəzində elan edilən “Doğma diyar” adlı respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi açılacaq.

AZƏRTAC xəbər verir ki, sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin dəstəyi, Azərbaycan Dövlət Rəsm

Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə reallaşacaq.

Uşaqlarda estetik zövqün formalaşması, onların bədii yaradıcılığının stimullaşdırılması, ətraf mühitə münasibət və ona yanaşma tərzinin mükəmməlləşməsi, eləcə də vətənə məhəbbət hisslərini aşılamaq məqsədilə keçirilən müsabiqəyə 700-dək uşaq, 1800 əsəri ilə qatılıb. Sərgidə 12 yaşa qədər 165 uşağın 170 işi və 12-17 yaşarası 135 uşağın 140 işi nümayiş ediləcək.

Sonda qaliblər diplom və müxtəlif hədiyyələrlə mükafatlandırılacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.