SİYASƏT


Doğu Perinçek: Tələt Paşanın qatili olan erməni terrorçusuna abidənin ucaldılması insanlığa qarşı hörmətsizlikdir VİDEO

İstanbul, 3 sentyabr, AZƏRTAC 

Erməni soyqırımı yalanlarını ifşa edən Tələt Paşanı xaincəsinə qətlə yetirən terrorçu Soğoman Tehliryanın heykəlinin ayağı altında bir dövlət adamının kəsik başının əks etdirilməsi türk millətinə qarşı təhqirdir. Bu, bizə qarşı olan nifrətin daşlaşmış nümunəsi olmaqla yanaşı, eyni zamanda, açıq-aşkar təxribatdır.

Bu sözləri Osmanlı dövlətinin Baş Naziri olmuş Tələt Paşanın qatili - erməni terrorçu Soğoman Tehliryana Yerevanda ucaldılan abidə ilə bağlı AZƏRTAC-a müsahibəsində Türkiyənin Vətən Partiyasının sədri Doğu Perinçek bildirib.

Doğu Perinçek Tələt Paşanın türk millətinin yetişdirdiyi ən böyük fədailərdən biri olduğunu xatırladaraq, sözügedən heykəl əsasında Tələt Paşanın təhqir olunmasını insanlığa qarşı hörmətsizlik adlandırıb. O, bu təhqirə qarşı dünya ictimaiyyəti qarşısında, o cümlədən Avropa İnsan Haqları Məhkəməsində səssiz qalmayacaqlarını qeyd edib.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.