CƏMİYYƏT


Doğum günündə şəhid Mikayılzadə Rəşadın məzarı ziyarət olunub

Bakı, 30 sentyabr, AZƏRTAC

44 günlük Vətən müharibəsi şəhidi, kiçik gizir Mikayılzadə Rəşad İlham oğlunun doğum günündə məzarı ziyarət olunub.

AZƏRTAC xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı və ictimaiyyət nümayəndələri şəhidin məzarını ziyarət edərək, önünə tər güllər düzüb, ruhuna dualar oxuyublar.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən şəhid Rəşad Mikayılzadə ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.