İQTİSADİYYAT


Doha-Bakı-Doha aviareysi ləğv olunub

Bakı, 19 yanvar, Elvin Camalov, AZƏRTAC

Yanvarın 19-da həyata keçirilməli olan Doha-Bakı-Doha aviareysi ləğv edilib.

AZƏRTAC Heydər Əliyev Beynəlxalq Aeroportunun onlayn tablosuna istinadla xəbər ki, “Qatar Airways” aviaşirkətinin yerli vaxtla saat 11:35-də “QR 351” saylı Dohadan Bakıya olan uçuşu ləğv olunub. Bakıya həyata keçirilməsi nəzərdə tutulan reys ləğv edildiyi üçün “Qatar Airways”in yerli vaxtla saat 12:35-də Bakıdan Dohaya olan “QR 352” saylı uçuşu da ləğv edilib. Aviareyslər “Airbus A320-200” təyyarəsi ilə həyata keçirilməli idi.

Doha-Bakı-Doha aviareysinin hansı səbəbdən təxirə salındığı məlum deyil.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.