İDMAN


Dohada dünyanın ən böyük atletika sərgisi açılıb

Bakı, 19 aprel, AZƏRTAC

Beynəlxalq Atletika Federasiyasının (BAF) təşkilatçılığı ilə Qətərin paytaxtı Dohada dünyanın ən böyük atletika sərgisi açılıb.

AZƏRTAC Azərbaycan Atletika Federasiyasının saytına istinadla xəbər verir ki, sərginin məqsədi 36 il əvvəl keçirilən ilk dünya çempionatından etibarən təşkil olunan dünya birinciliklərinin irsini və idmanın bu növünü təbliğ etməkdir.

Sərgi müddətində bir sıra hədiyyələr toplanıb. Dördqat Olimpiya çempionu Lasse Viren 1976-cı ildə Monreal Olimpiadasında geyindiyi idman ayaqqabılarını sərgiyə hədiyyə edib. BAF-ın prezidenti Sebastian Co 1984-cü ildə Los-Anceles Olimpiya Oyunlarında geyindiyi ayaqqabıları və milli komandanın formasını sərgiyə bağışlayıb.

Ərazisi 400 kvadratmetr olan sərgi altı ay ərzində hər gün ictimaiyyətə açıq olacaq. Oktyabrın 7-də başa çatacaq sərginin davam etdiyi müddətdə Dohada minlərlə atletin mübarizə aparacağı Asiya çempionatı, “Brilyant liqa” və dünya çempionatı keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.